Can Bonomo
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Can Bonomo | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Can Bonomo |
Doğum tarixi | |
Doğum yeri | Türkiyə, İzmir |
Həyat yoldaşı |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, aktyor |
Fəaliyyət illəri | 2011-dən |
Janrlar | caz , indi-rok |
Musiqi alətləri | gitara |
Albom şirkəti | We Play |
Təhsili | |
canbonomo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni.
Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi. Görüşməyə gedən Bonomo təklifi qəbul edərək "+18" adlı serialda baş rol oynamağa başladı. Tanış olduğu albom prodüseri Can Sabana bir demo yazıb göndərdi. İki il davam edən proyektin ardından, Can Sabanın prodüserliyində "Meczup" adlı ilk albomu Yanvar 2011-də nəşr olundu. 24 və 26 mayda Bakıda keçirilmiş 2012 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni "Love me back" adlı mahnı ilə təmsil etmişdir.
Təltifləri
[redaktə | mənbəni redaktə et]- Radio 8 Musiqi Medalı - Ən yaxşı çıxış edən gənc müğənni
- Altun Kəpənək Medalları - Ən yaxşı çıxış edən solist
- OMÜ Media Təltifi - Ən yaxşı çıxış edən gənc mügənni
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Əvvəlki: Yüksək Sədaqət |
Türkiyə Avroviziya Mahnı Müsabiqəsində 2012 |
Sonrakı: ' |