Camal Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Camal Məmmədov
bayraq
Gürcüstan SSR kənd təsərrüfarı nazirinin müavini
bayraq2
1961 – 1963
1953 – 1961
bayraq
Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri
bayraq2
1951 – 1961
ƏvvəlkiMəhəmməd Qocayev
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1918(1918-05-02)
Doğum yeri
Vəfat tarixi 9 iyul 1966(1966-07-09) (48 yaşında)
Vəfat yeri
Dəfn yeri

Təltifləri "Şərəf nişanı" ordeni

Camal Balaca oğlu Məmmədov (2 may 1918, Məscidli Görarxı, Borçalı qəzası9 iyul 1966, Məscidli Görarxı, Marneuli rayonu) — Gürcüstan SSR kənd təsərrüfarı nazirinin müavini, Gürcüstan SSR Ali Sovetinin deputatı, Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri.

Camal Məmmədov Marneuli Rayon Təşviqat idarəsinin müdiri, Marneuli Rayon İcraiyyə Komitəsinin sədri, Gürcüstan SSR Ali Sovetinin deputatı, Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini. Camal Məmmədov 1918-ci il may aynın 2-də Gürcüstan Respublikasının Borçalı mahalının Goraraxı elinin Sabirkənd kəndində anadan olub. Camal Məmmədov Sabirkənd ibtidai məktəbində oxumuş, və sonra təhsilini Alget kənd orta məktəbində davam etdirmişdi. O, təhsilini davam etdirməkçün Borçalı Türk Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu başa vurduqdan sonra 1937-ci ildə Sabirkənd məktəbində müəllim işləməyə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmışdır. Xidmət müddəti bitməmiş Böyük vətən müharibəsi başlamışdır. 1941–1945-ci illər də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Camal Məmmədovun sorağı Uzaq şərq döyüşlərindən gəlmişdir. Müharibə dövründə dəfələrlə yaralanmışdır. Moskva uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuşdur. O, müharibəni qələbə ilə başa vurub vətənə baş leytenant rütbəsində qayıtmışdır. Camal Məmmədov "Qırmızı Ulduz" ordeni, İkinci dərəcəli Vətən müharibəsi ordeni, (iyun 1943-cü il), "Moskvanın müdafiəsi uğrunda" (1 may 1944-cü il), "Almaniya üzərində qələbə" medalı (9 may 1945-ci il), ilə təltif olunmuşdur. 1946-cı ildə may ayının 13-də "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. Müharibədən sonra 1945–1948-ci illərdə Camal Balaca oğlu Məmmədov Gürcüstan Ali Partiya Məktəbində təhsil almış, sonra əmək fəaliyyətinə başlayaraq 1948–1951-ci illərdə Marneuli Rayon Təşviqat idarəsinin müdiri işləmişdir. 1951-ci ildə Camal Məmmədov Mareuli Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsin irəli çəkilir. 1961-ci ilədək bu vəzifədə fədakarlıqla çalışır. İşlədiyi müddətdə xalqın etibar və inamını qazanmışdır. Rayon İcraiyyə Komitəsinin sədri işlədiyi dövrdə Xram və Debed çayları üzərindən körpü salınmışdır. Onun dövründə rayon xəstəxanasının binası və kəndlərdə bir neçə ambulatoriya tikilib. Rayon mərkəzinə su kəməri və asfalt yol çəkilib. İndiki 3 saylı azərbaycandilli orta məktəbi də onun işlədiyi dövrdə tikilmişdir.

1957–1959-cu illərdə Camal Məmmədov Moskva Ali Partiya Məktəbində qiyabi təhsil almışdır. O, iki dəfə Gürcüstan SSR Ali Sovetinə deputat seçilmiş və Sovet İKP -nın XX partiya qurultayının nümayəndəsi olmuşdur. 1961–1963-cü illərdə Camal Məmmədov Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində işləmişdir.

Camal balaca oğlu Məmmədov uzun müddət ürək xəsdəliyindən əzab çəkmiş və 1966 ildə iyul ayının 9-da öz doğma eli Gorarxıda dünyasını dəyişmişdir.