Coser ehramı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Coser ehramı
Coser ehramı
Coser ehramı
Coser ehramı
Qədim Misir dilində adı

Coser ehramı

Tikili haqqında məlumat
Yeri Sakkara
Tikdirəni Coser (Netyerixet)
Memarı İmhotep
Tarixi III sülalə (e.ə. 2650)
Tipi Çoxqatlı (pilləli) ehram
Həcmi 330.400 m³
İlkin hündürlüyü 62,50 m
Sahəsi 121 m × 109 m
Qatı 6
Kult ehramı mövcud deyil
Məxsusluğu Firon Coser
Coser (Misir)
Coser
Coser, Misir

Coser ehramı — pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. Eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilmişdir.

Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayher fon Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmiş, həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqları fon Minutoli tərəfindən gəmi ilə Hamburqa aparılarkən gəminin batması nəticəsində itirilmişdir.

1837-ci ildə Con Şae Perrinq sonrakı dövrlərə aid olan məzarlıqları və ehram qalereyasını aşkar etmişdir.

1926-cı ildə Sesil M. Förs sistematik tədqiqatlar aparsa da onun ölümündən sonra bu iş yarımçıq qalır. Ceyms Edvard Kuibel bu işi davam etdirir, lakin o da 1935-ci ildə vəfat edir. İşi fransız tədqiqatçısı Jan-Filip Lauer davam etdirir.

1934-cü ildə kompleksdə digər şəxslərə məxsus olan qalıqlar aşkar edilir. Lakin dəqiq laborator müayinə bu qalıqların Ptolemey dövrünə aid olduğunu göstərir.

Lauer 2001-ci ilə qədər (ölənədək) Coser ehram kompleksinin və Sakkaradakı ölü şəhər Nekropolun tədqiqatı ilə məşğul olmuş, onun rəhbərliyi altında kompleksin divar hissələri bərpa edilmiıdir.[1]

Altı qatlı və ya pilləli tikili Qədim Misirin ilk ehramı sayılır. Dövrümüzə demək olar ki, yaxşı saxlanılmış vəziyyətdə gəlib çatmışdır.

  • Tikilən zaman ölçüləri: 125 m x 115 m, hündürlüyü 62,5 m olmuşdur.
  • Hal-hazırda ölçüləri: 121 m x 109 m, hündürlüyü 60 m-dir.

Coser ehramının memarı qədim Misir ənənəsinə görə Coserin ən ali əyanı olan İmhotep olmuşdur. Kahin İmhotep dövrünün ən müdrik və bacarıqlı xadimi sayılırdı. O, bacarıqlı müəllim və həkim olmaqla yanaşı, həm də münəccim idi.

Firon Coserin heykəlinin altındakı firon titullarından sonra İmhotepin adının həkk olunması onun nə dərəcədə ali rütbəli və mənsəb, söz sahibi olmasına dəlalət edir: "Aşağı Misir fironunun xəzinədarı Yuxarı Misirdə firondan sonra birinci adam, böyük sarayın ağası (idarəedicisi), Heliopolisin baş rahibi, memar, heykəltaraş İmhotep". Sonralar İmhotep ilahiləşdirlərək onu memarlıq və təbabət tanrısı adlandırmışlar. Yunanlar onu özlərinin təbabət tanrısı – Askleplə eyniləşdirirlər. Qədimdə zəvvarlar Sakkaraya gələrkən güman edildiyi kimi mütləq onun məzarına da baş çəkərmişlər lakin, indiyə qədər onun məzarı tapılmamışdir. Sakkarada Coser kompleksindən şimal-şərqdə İmhoteplə və həmçinin müdriklik, yazı və elm tanrısı Totla eyniləşdirilən ibis (quş) mumyaları günümüzədək gəlib çıxmışdır.

İlk olaraq memar İmhotep sadə daş dördkünc qəbir sərdabə – mastaba tikmək qərarına gəlmiş, sonralar tikinti prosesi inkişaf etdirilərək çoxqatlı ehramın ilk qatı şəklini almış olmuşdur. Ehramın coxqatlılığı fironun göyə ucalması kimi simvolik bir məna daşıyır. Tikili ondan əvvəl tikilmiş mastabalardan tikinti materialı kimi çiy kərpic deyil daşdan istifadə olunması ilə fərqlənirdi. Tikinti qatlara uyğun olaraq 6 mərhələdən ibarət olmuşdur. Belə hesab edilir ki, sərdabənin ortası Coserin qardaşı Sanaxt üçün tikilibmiş. Nəticə etibarilə özül üzərində qaldırılmış ehramın ölçülərin 125 m x 115 m, hündürlüyü isə 61 metrə çatmışdır.

Ehramın tikilmə mərhələləri: M1, M2, M3, E1, E1' və E2
Mastaba M1 Mastaba M2 Mastaba M3 Ehram E1 Ehram E1' Ehram E2
Sahəsi 63 m × 63 m 71,5 m × 71,5 m 79,5 m × 71,5 m 85,5 m × 77 m 119 m × 107 m 121 m × 109 m
Hündürlüyü 8 m 8 m, 7 m 8 m, 7 m, 5 m 42 m 60 m 62 m
Tikmə üsulu Üfüqi qatlar Üfüqi qatlar Üfüqi qatlar Maili qatlar Maili qatlar Maili qatlar
Tikinti daşının hündürlüyü 0,30 m 0,30 m 0,30 m 0,38 m 0,52 m 0,52 m
Qatların sayı 4 4-6 ? 6

Cənub məzarlığı

[redaktə | mənbəni redaktə et]

Cənub məzarlığı Coserin ən sirli hissəsi sayılır. Əsasən kirəc daşla hörülmüş divarlardan ibarət irimiqyaslı bir bloku xatırladır. Düzbucaqlı küncü şimal-qərb tərəfdə kult kapella ilə birləşir.

Cənub məzarının mövqeyi

Divarlarının fasad hissələri kobra relyefi və hücrələrlə bəzədilmişdir.

Enən pillələr vasitəsilə cənub məzarlığının alt qatına, çəhrayı qranitlə döşənmiş otağa – alt qata keçmək mümkündür. Üst qatın və əsas məzarın bir qədər kiçildilmiş forması demək olar kiçik nüsxəsi olan alt qat şərqi-qərb istiqamətindədir. Uzunluğu 1,6 m-dir. Pillələr daha aşağıya əsas məzarda olduğu kimi göy kahı ilə üzlənmiş bir qalereyaya doğru enir. Burada fironun Sed bayramında içtirakını əks etdirən 3 ədəd təsvirli qapılar yerləşmişdir.

Cənub məzarlığının nə məqsəd güdməsi hələ də müəmmalı olaraq qalmaqdadır. Misirşünas Firt və Edvarda görə bura müvvəqqəti məzar kimi nəzərdə tutulmuşdur. RickeJéquier burada simvolik

Cənub məzarının alt qatı
Tünd qırmızı: Məzar otağı
Göy: göy rənglə döşənmiş hücrələr (otaqlar)

Kanın məzarı yerləşmiş olmasını qeyd edirlər. Sonralar onun yerini kult ehramları tutmağa başlamışdır. Burada hər hansı dəfn olunma halı hələ də izah edilməmişdir.[2][3]

Ehram kompleksinin elementləri

[redaktə | mənbəni redaktə et]
Ehram kompleksinin elementləri (sxem)
Coser ehramının planı (Şimalı sağdadır) (Cecil M. Firth görə)Qatlı ehramCənub məzarıHeb-Sed həyəti və kapellaCənub pavilyonuŞimal pavilyonuQərb qallereyasıGiriş SütunlarıŞimal qallereyasıPilləli məzarlarSərdabəŞimali altarCənub həyəti"T" məbədiŞimal həyətiÖlülər məbədi
Coser ehramının planı (Şimalı sağdadır) (Cecil M. Firth görə)
  1. Qatlı ehram
  2. Cənub məzarlığı
  3. Heb-Sed həyəti və kapella
  4. "T" məbədi
  5. Cənub həyəti
  6. Cənub pavilyonu
  7. Şimal pavilyonu
  8. Ölülər məbədi
  9. Qərb qallereyası
  10. Giriş Sütunları
  11. Şimal həyəti
  12. Şimal qallereyası
  13. Pilləli məzarlar
  14. Sərdabə
  15. Şimali altar

Heb-Sed həyəti

[redaktə | mənbəni redaktə et]
Heb-Sed həyəti və kapellanın mövqeyi

Ehram kompleksin cənub-şərq tərəfində meydança mövcuddur ki, bura adətən Heb-Sed adlanan mərasim üçün nəzərdə tutulmuşdur.

Bu bayram mərasimində adətən fironun hakimiyyət qabiliyyəti, gücü təntənəli şəkildə nümayiş etdirilirmiş. Dördbucaq şəkilli həyətin qərb hissəsində iki tipli 13 kapella yerləşmişdir.

Birinci tipə Seh-netjer – Tanrı kölgəsi adlanan kapella aid olub, yarımdairəvi kantlı alçaq dama malikdir. Dam örtüyü palma yarpaqları formasında immitasiya olunmuşdur. İkinci Per-uer tipidir ki, dairəvi dama və sütunlu fasada malikdir. Şərq tərəfdə isə daha 12 kiçik kapella yerləşmişdir. Bu kapellalar simvolik memarlıq nümunələri xarakteri daşıyır. Kapellaların bir çoxu tam şəkildə bərpa edilmişdir.[4][5]

"T" məbədi Heb-Sed kapellaları ilə cənubda qərar tutmuş meydança arasında dördbucaqlı bir tikilidir. Güman edilir ki məbəd Heb-Sed mərasiminə bağlı bir tikilidir. Əsasən çiy kərpicdən tikilmiş və funksional xarakterlidir. Məbəd sütunlu girişə, giriş otağına və üç həyətə, həmçinin kvadrat formalı zala malikdir. Sütunların üzərində kirəc daş lovhəli tavanın olması güman edilir.[5][6]

T məbədinin yerləşmə mövqeyi

Cənub həyəti

[redaktə | mənbəni redaktə et]
Cənub həyəti

Coser kompleksinin cənub həyəti ən böyüyü sayılır. Burada bir o qədər də tikili yoxdur. Şimal tərəfdə ehrama bilavasitə yaxın altar yerləşmışdir. Şimal-qərb küncündə kiçik bir məbədin qalıqlarını tapmaq mümkündür. Həyətin sahəsində 2 "B" formalı kirəc daşdan olan tikilinin özülünün söküntülərini görmək olar. Tikililərin nə məqsəd daşıdıqlarını indiyə qədər müəyyənləşdirmək mümkün olmamışdır. Güman edilir ki, Heb-Sed ilə bağlı simvolik tikili olmuşdur.

Cənub həyətində qazıntılar zamanı kirəc daşlı kvartal aşkar edilmişdir. Tapılan yazılar deməyə əsas verir ki, XIX sülalə dövründə kompleks II Ramzesin oğlu Xaemuaset tərəfindən bərpa etdirilmişdir. Memfisdə tapılmış yazılı abidə və tikililər kompleksin bərpasının şahzadə tərəfindən aparıldığını göstərir.[3][7]

Cənub və şimal pavilyonları

[redaktə | mənbəni redaktə et]
Şimal (qırmızı) və cənub pavilyonlarının (narıncı) yerləşmə mövqeyi

Cənub ev uzunsov bir tikili olub, onun taxta karkas və ya sklet üsulu ilə tikilmiş olması fərz edilir. Tavanı əsasən bir neçə cərgəli qırmızı və qara rəngli kedr gövdəsini xatırladan 4 yarım daş sütunlar üzərində qurulmuşdur. Binanın daxili quruluşu Heb-Sed kapellasını xatırladır və mötəbər işlənmişdir. Pavilyonda "L" şəkilli kapella yerləşmişdir. Divarlara XVIII və XIX sülaləya aid qrafit yazılar və ilk adı "Coser" həkk olunmuşdur. Firt burada qazıntı apararkən kömürləşmiş papirus qalıqları tapmışdir.

Şimal ev cənub evin oxşarı olub altar və hücrəsiz kiçik həyətə malikdir. Burada yeraltı qalereya zirzəmi və ya şaxta mövcuddur.

Pavilyonların nə məqsədlə tikilmiş olmaları tam izahını tapmamışdir. Lauer belə hesab edir ki, tikililər yuxarı və aşağı Misiri tərənnüm edən simvolik inzibati binalar olmuşlar.

Firt tapılan papirus əsasında fərz edir ki, Ehram kompleksinin sonralar inzibati qərargahı cənub pavilyonunda yerləşmış və şimal pavilyonun inşası tamamlandıqdan sonra fironun axirət dünyasında istifadə edə bilməsi üçün məqsədyönlü basdırılmışdır.

Şimal və cənub pavilyonların qalıqları Lepsius ekspedisiyası zamanı aşkarlanmışdır. Səhvən əlavə ehram xarabalığı kimi qiymətləndirildiyindən Lepsius ehram siyahısına Lepsius XXXIII və Lepsius XXXIV kimi daxil edilmişdir.[5][8]

Ölülər məbədi

[redaktə | mənbəni redaktə et]

Ölülər məbədi ehramın şimalında yerləşərək, özündə hökmdar kultunun əsas elementlərini tərənnüm edir. İki sütunlu girişdən keçərək içəri nahiyəyə daxil olmaq olur. Məbədin daxili hissəsinə çoxsaylı dəhliz, qalereya və otaqlar aiddir.

Məbədin tərkibinə onun mərkəzindən şərq və qərbdə yerləşmiş iki həyət daxildir. Qərb həyətində bilavasitə ehramın giriş pilləkanları yerləşmışdir.

Güman edilir ki, Ölülər məbədi ilkin olaraq böyük və cənubda tikilməsi planlaşdırılmış, lakin ehramın dəfələrlə genişləndirilməsi onun şimalda qərar tutmasına səbəb olmuşdur.[9][10][11]

1.Ölülər məbədi 2.Qərb həyəti 3.Ehrama giriş 4.Şərq həyəti 5.Giriş 6.Sərdabə

Sərdabə (ərəb dilində zirzəmi) kiçik bir kammera olub ölülər məbədindən şərqdə və ehramın şimalında yerləşmişdir.

Sərdabə ehramın daşları kimi 17° daxilə doğru mayilidir. Daxilində Coserin özü boyda taxta oturmuş şəkildə kirəc daşndan heykəli yerləşmişdir. Sərdabənin şimal tərəfində iki dəlik gözlük vardıır ki onların vasitəsilə heykəli görmək mümkündür.

Heykəlin əsli hal hazırda Qahirədəki Misir muzeyində saxlanılır. Sərdabədəki isə onun surətidir. Sərdabənin yan daşı bərpa zamanı içərisini ziyarət edənlərə nümayiş etdirmək məqsədilə vitrinlə əvəz edilmişdir.

Qərb qalereyası

[redaktə | mənbəni redaktə et]
Qərbi qallereya

Qərb massivi ona aid qalereyası ilə birlikdə ehram kompleksinin sirli strukturu sayılır. Bu üç qərbi massiv kompleksi uzununa tam şəkildə müşayiət edir. Bu istehkamın kompleksin tamamlanma fazasında, əsasən ehramın tikinti tullantılarından və ya artıqlarından tikilmiş olması güman edilir.[12] Qərb qalereyasının özülü 400 kammeralı uzun keçiddən ibarətdir. Bu kammeraların nə məqsəd güdməsi hələ də məlum deyildir.

Reinerə görə bu ilkin sülalə dövrünə aid məzar olmuşdur. Ola bilsin ki, məzar Xasexemuiyə məxsusdur. Lakin Hər hansı bir firon məzarının uzurpasiyası qədim dövrdə məlum deyildir.[10][12][13]

Andrzej Ćwiek hesab edir ki kompleksin bu massivi ilkin inşaat mərhələsinə aid olmuşdur.

Giriş hissəsi

[redaktə | mənbəni redaktə et]

Giriş hissə özündə həyət qarışıq portalı və sütunlu cığırı birləşdirir. Sütunlu cığır demək olar ki, şərq-qərb istiqamətindədir və 20 sütundan ibarətdir. 6 m-lik sütunlar kirəc daşdan yonulmuş çoxlu xırda seqmentlərdən təşkil olunmuşdur. Sütunların yükgötürmə qabiliyyətini artırmaq üçün arxa plandakı divarla birləşdirilmişdir. Sütunlarla divarlar arasında 24 ədəd hücrə mövcuddur. Qərb hissədə sütunlu cığır portikus vasitəsilə cənub həyətə açılır. Portikusun dörd sütunu digər cığır sütunlarından nisbətən alçaqdır.

Giriş nahiyənin müayinəsi zamanı Coser heykəlinin fraqmentləri, Netyerixetin horus adı və memarının adı – İmhotep həkk olunmuş yazılar aşkar edilmişdir.[14] Giriş Hissə 1946 və 1956 cı illərdə Lauer tərəfindən yenidən qurulmuşdur.[3][15]

Giriş sütunlarının yerləşmə mövqeyi

Şimal həyəti

[redaktə | mənbəni redaktə et]
Şimal altardan şimal həyətin görünüşü

Kompleksin şimal həyəti və ya meydanına onun hasarına bitişik olan şimal altar və pilləli məzarlıq aiddir. Sahədə 8 m × 8 m böyüklüyündə bir neçə sm dərinliyə malik çökəklik mövcuddur. Stadelmann onu, mövcud olmuş günəş məbədinin yeri kimi qiymətləndirir. Burada hər hansı obeliksin (yazılı dirək) olduğu da güman edilir. Burada mövcud olan Nekropol mənşəyli pilləli məzarlığın Coser ehram kompleksindən daha qədim olduğu güman edilir.[16]

Məruz qaldığı dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Sonrakı dövrlərdə kompleksdə əlavə olaraq "goreşən" qəbir oğruları tərəfindən şaxta və tunellər qazılmışdır. Hələ "qədim dövrün" axırlarında "goreşənlər" köndələn qalereyadan məzar otağına qədər ilk tunel qazmışdırlar. Sonrakı tunel roma dövrünə aiddir. XXVI sülalə dövründə qazılmış tunel cənub həyətində başlayaraq məzar otağına qədər uzanır. Qazılmış tuneldə mərkəzi şaxtanı saxlamaq üçün istifadə olunmuş taxta dirəklər bu günə qədər yerində qalmaqdadır.

XXVI sülalə dövründə qazılmış tunelin sxemi
  1. Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.131 Die Stufenpyramide des Netjerichet (Djoser)
  2. Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.150 f Das Südgrab
  3. 1 2 3 a b c d e Alan Winston: The Step Pyramid of Djoser at Saqqara in Egypt Part II: The Trench and Perimeter Wall, the South Courtyard, And South Tomb
  4. Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.154 f Der Komplex des Sed-Festes
  5. 1 2 3 Alan Winston: The Step Pyramid of Djoser at Saqqara in Egypt Part IV: The South and North Pavilions, The Sed Festival Complex and the Temple "T" Arxivləşdirilib 2017-11-15 at the Wayback Machine
  6. Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.153 f Der Tempel "T"
  7. Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.150 f Der Südhof
  8. Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S. 156 f Südhaus und Nordhaus
  9. Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.158 f Der Totentempel
  10. 1 2 Alan Winston: The Step Pyramid of Djoser at Saqqara in Egypt Part V: The Mortuary Temple, Serdab, Northern Courtyard and the West Mounds Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine
  11. Rainer Stadelmann: Die ägyptischen Pyramiden. Vom Ziegelbau zum Weltwunder. von Zabern, Mainz 1997, S. 63 ff
  12. 1 2 Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.160 f Die Westmassive
  13. Rainer Stadelmann: Die ägyptischen Pyramiden. Vom Ziegelbau zum Weltwunder. von Zabern, Mainz 1997, S. 37 ff
  14. "Statuenbasis JE 49889, Kairo". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  15. Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.135 Die Eingangskolonnade
  16. a b Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.159 f Der Serdab und der nördliche Teil des Djoser-Komplexes
  • Jean-Philippe Lauer: Die Königsgräber von Memphis. Grabungen in Sakkara. Gustav Lübbe Verlag, Bergisch Gladbach 1988, ISBN 3-7857-0528-X
  • Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S. 131 ff Die Stufenpyramide des Netjerichet (Djoser), ISBN 3-499-60890-1
  • Mark Lehner: Geheimnis der Pyramiden. ECON-Verlag, Düsseldorf 1997, ISBN 3-572-01039-X
  • Rainer Stadelmann: Die ägyptischen Pyramiden. Vom Ziegelbau zum Weltwunder. von Zabern, Mainz 1997 (3. Auf.). ISBN 3-8053-1142-7
  • Iorwerth Eiddon Stephen Edwards The Pyramids of Egypt. West Drayton 1947; Rev. ed. Harmondsworth 1961; Rev. ed. Harmondsworth 1985 (dt. Ausgabe Die ägyptischen Pyramiden, 1967)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]