Con Milnor
Con Milnor | |
---|---|
John Willard Milnor | |
Doğum adı | John Willard Milnor[1] |
Doğum tarixi | |
Doğum yeri | Oranc, Nyu-Cersi, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | |
İş yeri | Stouni-Bruk Universiteti |
Alma-mater | Prinston Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Ralf Foks |
Tanınır |
Ekzotik sferalar Feri–Milnor teoremi |
Üzvlüyü |
|
Mükafatları |
Filds medalı (1962) ABŞ Milli Elm Medalı (1967) Leroy Stil mükafatı (1982) Volf mükafatı (1989) Abel mükafatı (2011) |
Vikianbarda əlaqəli mediafayllar |
Con Uillard Milnor (ing. John Willard Milnor; 20 fevral 1931[1][4]) — diferensial topologiya, K-nəzəriyyə və dinamik sistemlər sahəsindəki işləri ilə tanınmış Amerika riyaziyyatçısı. Filds medalı (1962), Volf mükafatı (1989) və Abel mükafatı (2011) laureatıdır. Stouni-Bruk Universitetinin əməkdar professorudur.
Həyat və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Con Milnor 1931-ci ildə ABŞ-nin Nyu-Cersi ştatında anadan olmuşdur. İlk elmi məqaləsini 18 yaşında yazan Milnor 1954-cü ildə fəlsəfə doktoru dərəcəsini alır. İki il sonra yeddiölçülü ekzotik sferaların kəşfi ilə riyaziyyat aləmini heyran edir. Daha sonra fransız riyaziyyatçı Mişel Kerverlə birlikdə hər ölçüdə sferalar üzərində bütün diferensiallanan strukturların təsnifatını verməklə topologiyaya yeni nəfəs gətirir. O, riyaziyyatın bir çox sahələrinə böyük töhfələr vermişdir ki, bunların içində xüsusilə Milnor sferaları, Milnor ədədi, Milnor-Törston nəzəriyyəsi, düyünlər nəzəriyyəsi ilə bağlı Milnor hipotezi riyaziyyatçılara yaxşı tanışdır.
Milnor bir sıra mükafatlar laureatıdır və onların içində 1962-ci ildə aldığı riyaziyyat aləminin ən mötəbər mükafatlarından biri olan Filds medalı da vardır. O, həmçinin Amerika Riyaziyyat Cəmiyyətinin təqdim etdiyi Leroy Stil (Leroy Steele) mükafatına üç dəfə layiq görülmüş yeganə riyaziyyatçıdır. 2011-ci ildə isə Con Milnor məşhur riyaziyyatçı Abelin adını daşıyan Abel mükafatına layiq görülmüşdür. Mükafat alimə topologiya, həndəsə və cəbrdəki novator kəşflərinə görə təqdim olunmuşdur. Hal-hazırda 80 yaşlı Milnor Stouni-Bruk Universitetinin professorudur.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Kitabları
- Milnor, John W. Morse theory. Annals of Mathematics Studies, No. 51. Notes by M. Spivak and R. Wells. Princeton, NJ: Princeton University Press. 1963. ISBN 0-691-08008-9.
- ——. Lectures on the h-cobordism theorem. Notes by L. Siebenmann and J. Sondow. Princeton, NJ: Princeton University Press. 1965. ISBN 0-691-07996-X. OCLC 58324.
- ——. Singular points of complex hypersurfaces. Annals of Mathematics Studies, No. 61. Princeton, NJ: Princeton University Press; Tokyo: University of Tokyo Press. 1968. ISBN 0-691-08065-8.
- ——. Introduction to algebraic K-theory. Annals of Mathematics Studies, No. 72. Princeton, NJ: Princeton University Press. 1971. ISBN 978-0-691-08101-4.
- Husemoller, Dale; Milnor, John W. Symmetric bilinear forms. New York, NY: Springer-Verlag. 1973. ISBN 978-0-387-06009-5.
- Milnor, John W. Characteristic classes. Annals of Mathematics Studies, No. 76. Princeton, NJ: Princeton University Press; Tokyo: University of Tokyo Press. 1974. ISBN 0-691-08122-0.
- Milnor, John W. Topology from the differentiable viewpoint. Princeton Landmarks in Mathematics. Princeton, NJ: Princeton University Press. 1997 [1965]. ISBN 0-691-04833-9.
- ——. Dynamics in one complex variable. Wiesbaden, Germany: Vieweg. 1999. ISBN 3-528-13130-6.
- Jurnal məqalələri
- Milnor, John W. "On manifolds homeomorphic to the 7-sphere". Annals of Mathematics. Princeton University Press. 64 (2). 1956: 399–405. doi:10.2307/1969983. JSTOR 1969983. 0082103.
- ——. "Sommes de variétés différentiables et structures différentiables des sphères". Bulletin de la Société Mathématique de France. Société Mathématique de France. 87. 1959: 439–444. MR0117744.
- ——. "Differentiable structures on spheres". American Journal of Mathematics. Johns Hopkins University Press. 81 (4). 1959b: 962–972. doi:10.2307/2372998. JSTOR 2372998. MR0110107.
- ——. "Two complexes which are homeomorphic but combinatorially distinct". Annals of Mathematics. Princeton University Press. 74 (2). 1961: 575–590. doi:10.2307/1970299. MR133127.
- Kervaire, Michel A.; Milnor, John W. "Groups of homotopy spheres: I". Annals of Mathematics. Princeton University Press. 77 (3). 1963: 504–537. doi:10.2307/1970128. JSTOR 1970128. MR0148075.
- Milnor, John W., "Differential topology forty-six years later" (PDF), Notices of the American Mathematical Society, 58 (6), 2011: 804–809
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 http://www.ams.org/fellows_by_year.cgi?year=2014.
- ↑ 1 2 http://www.ams.org/news?news_id=2048.
- ↑ John Willard Milnor // Brockhauz Ensiklopediyası (alm.).
- Yaşayan insanlar
- Yaşayan uzunömürlülər
- 20 fevralda doğulanlar
- 1931-ci ildə doğulanlar
- Prinston Universitetinin məzunları
- Amerika Riyaziyyat Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- ABŞ alimləri
- ABŞ riyaziyyatçıları