13-cü rayon (film, 2004)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
13-cü rayon
fr. Banlieue 13
Janr döyüş filmi[4][5][…], elmi-fantastika filmi[5], döyüş sənətləri filmi[d], döyüş-triller[d], elmi-fantastik ekşn filmi[d], antiutopiya filmi[d]
Əsas mövzu mütəşəkkil cinayətkarlıq
Rejissor Pyer Morel
Prodüser
Ssenari müəllifləri
Baş rollarda

David Belle
Cyril Raffaelli
Dany Verissimo
Bibi Naceri

Tony D'Amario
Distribütor Netflix
İlk baxış tarixi 2004
Filmin digər adları B 13
13-cü region
13-cü zona
Müddət 84 dəq.
Büdcə €13 million[1]
Gəlir $9.6–$11.6 million[2][3]
Ölkə
Dil fransız dili
Sonrakı film 13-cü rayon: Ultimatom
Rəng rəngli
IMDb ID0414852

13-cü rayon, Banlieue 13 və ya B13 — 2004-cü ildə çəkilmiş fransız döyüş filmidir. Filmin rejissoru Pyer Morel, prodüseri və ssenari müəllifi Lük Bessondur.[7] Filmin parkur səhnələrində kompüter effektləri və ya kəndirlərdən istifadə olunmayıb. Bu səbəbdən bəzi tənqidçilər onu Tayland filmi Ong-Bak ilə müqayisə edirlər.[8][9][10] Bu filmdə Leito obrazını parkur idmanının banisi David Belle canlandırır.

2010-cu ildə sosial səbəblərə görə 13-cü rayon adlanan rayon Paris hökuməti tərəfindən bağlanıb. Nəzarət oluna bilməyən cinayət nisbətinə görə ərazi böyük divarlarla əhatə olunub. 13-cü rayonda yaşayan Leito cinayətkarlara qarşı təkbaşına mübarizə aparır. Regionun ən böyük cinayət lordu Taha, oğurlanmış olan narkotiklərini geri almaq üçün adamlarını Leitonun yaşadığı yerə göndərir. Tahanın adamları Leitonun mənzilinə gələndə Leito vannada narkotikləri təmizləyirdi. Arxasınca adamların gəldiyini anlayan Leïto parkur texnikasından istifadə edərək qaçmağı bacarır. Leytonu əlindən qaçıran Taha, Leytonun bacısı Lolanı qaçıraraq Leytonu özünə cəlb etməyə çalışır. Bacısının qaçırılacağını təxmin edən Leito Tahanı məkanında hazırlıqsız yaxalayır və onu girov götürür. Leito və bacısı Lola Tahanı silah gücünə polis bölməsinə aparır və müfəttişə təhvil verirlər. Lakin Tahanın sayca çox olan adamlarından qorxan müfəttiş Tahanı həbs etmək əvəzinə, Leytonu həbs edir və Tahanın Lola ilə getməsinə icazə verir.

Hadisədən 6 ay sonra gizli polis olan Demien Tomasso rəisləri tərəfindən gizli tapşırıq üçün 13-cü rayona göndərilir. Onun məqsədi Tahanın 13-cü rayonda hardasa məxfi bir məkanda gizlətdiyi böyük nüvə bombasını zərərsizləşdirməkdir. Damien məhbus qiyafəsində Leitonun olduğu həbsxanaya daxil olur. Onun məqsədi ərazini yaxşı tanıyan Leitonun dostluğunu qazanaraq bombanı tapıb zərərsizləşdirməkdir. Damien və Leito polis maşını ilə aparılarkən, Damien maşındakı polisləri döyərək onları zərərsizləşdirir və beləliklə də həm Leitonu, həm də özünü xilas edir. İndi həbsxanadan çıxan Leitonun məqsədi bacısı Lolanı Tahanın əlindən xilas etmək, Damienin məqsədi isə bombanı tapıb zərərsizləşdirməkdir.

Aktyor heyəti və rolları

[redaktə | mənbəni redaktə et]
  • Cyril Raffaelli - Kapitan Damien Tomaso
  • David Belle - Leïto
  • Tony D'Amario - K2
  • Dany Verissimo - Lola
  • Bibi Naceri - Taha Ben Mamoud
  • François Chattot - Krüger
  • Nicolas Woirion - Corsini
  • Patrick Olivier - Polkovnik
  • Samir Guesmi - Jamel
  • Jeff Rudom - Yeti
border=none Əsas məqalə: 13-cü rayon: Ultimatom

Filmin davamı olan Banlieue 14 filminin çəkilişləri Serbiyanın paytaxtı Belqradda 2008-ci ilin avqustunda başlamış[11] və 2008-ci ilin noyabrına qədər davam etmişdir.[12] David Belle və Cyril Raffaelli bu filmdə Leïto və Damien obrazlarını yenidən canlandırmışdırlar.[13] Luc Besson yenidən filmin prodüserliyini və ssenari müəllifiyini öz üzərinə götürmüşdür. Filmin adı daha sonra Banlieue 13: Ultimatum olaraq dəyişdirilmişdir.[14] Film 18 fevral 2008-ci ildə Fransada və 2 oktyabr 2009-cu ildə Böyük Britaniyada nümayiş etdirilmişdir.

Filmin ingilis remeyki olan Brick Mansions üçün çəkilişlər 2010-cu ildə Detroitdə başlamışdır.[15][16][17][18][19][20] 2014-cü ilin aprelində nümayiş olunan filmdə Damien rolunda Pol Volker, Leïto rolunda David Belle və banda lideri rolunda rep sənətçisi RZA çəkilmişdir.[20] Kərpic imarətlər, Pol Uokerin ölümündən (noyabr 2013) əvvəl tamamlanmış olan son filmdir.

  1. "Banlieue 13". AlloCiné (Fransızca). 23 noyabr 2015 tarixində arxivləşdirilib.
  2. "District B13". Box Office Mojo. September 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2015.
  3. "Banlieue 13 (2006)". The Numbers. September 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2015.
  4. http://www.imdb.com/title/tt0414852/.
  5. 1 2 http://www.metacritic.com/movie/district-b13.
  6. http://www.sinemalar.com/film/4821/b-13.
  7. Hernandez, Eugene. "Magnolia's Plans Spring '06 Release for French Parkour Action Title, "District 13"". Biz. indieWIRE. November 21, 2005. March 20, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 14, 2006.
  8. Orndorf, Brian. "Reviews - District 13website= FilmJerk.com". May 26, 2006. July 11, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 7, 2007.
  9. Faraci, Devin. "Reviews - District 13". Chud.com. June 2, 2006. June 15, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 13, 2008.
  10. McAllister, Matt. "Reviews - District 13". Futuremovies.co.uk. December 8, 2005. October 31, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2008.
  11. Radojkovic, Marija. "Luc Besson shoots his new film in Belgrade". Blic Online. July 22, 2008. January 13, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 5, 2008.
  12. Belle, Jean-François. "CASTING Banlieue 13 'la suite'". sportmediaconcept.com (fransız). Official Parkour Blog. June 6, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 5, 2008. Attention le tournage est prévu entre juillet et octobre 2008
  13. Banlieue 13: UltimatumInternet Movie Database saytında
  14. quietearth. "DISTRICT B13 sequel renamed BANLIEUE 13 - ULTIMATUM". quietearth.us. October 29, 2008. June 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2018.
  15. "Paul Walker dans le remake de 'Banlieue 13' ?" (fransız). AlloCine.fr. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-01.
  16. Webster, Christopher. "Luc Besson prepping 3D scifi prison-break flick SECTION 8". quietearth.us. February 16, 2010. September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2018.
  17. "EuropaCorp Developing 3D Sci-Fi Prison Film". worstpreviews.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-01.
  18. "EuropaCorp Making 3D Sci-Fi Action Film Section 8". ComingSoon.net. 11 February 2010. 28 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2011.
  19. "Paul Walker in Talks to Star in District B-13 American Remake". wegotthiscovered.com. 31 October 2011. 28 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2011.
  20. 1 2 Chang, Justin. "Brick Mansions' Paul Walker gives one of his final screen performances in this highly faithful, propulsively exciting remake of 'District B13'". Variety. April 24, 2014. July 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2018.