Tərs A
Tərs A (böyük Ɐ, kiçik ɐ, riyazi simvol ∀) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol.
Müasir istifadə
[redaktə | mənbəni redaktə et]- ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir.[1]
- ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır.[2]
Tarixi istifadə
[redaktə | mənbəni redaktə et]-
Tərs a Edvard Lluydun "Archaeologia Britannica" (1707) əsərində.
-
Tərs a Vilyam Praysın "Archaeologia Cornu-Britannica" (1790) əsərində.
Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur.[3] Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir.[4] 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.[5]
Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir. Tərs A hərfi öküz başı formasında olan loqoqrafik görünüşü bərpa edir.[6]
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]- 1999-cu ildə yayımlanmış "Turn A Gundam" animesinin stilizə olunmuş adı "∀ Gundam" formasındadır.[7]
- Rusiya-Ukrayna istehsalı olan "Maski-şou" verilişinin loqosunda A hərfi tərs formada verilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Gibbon, Dafydd; Richard Winski, Roger Moore. Table A.19: IPA Table (ordered by number) (continued) // Handbook of Standards and Resources for Spoken Language Systems. Walter de Gruyter. 1997. səh. 679. ISBN 9783110153668. 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ Miller, Jeff. "Earliest Uses of Symbols of Set Theory and Logic". Earliest Uses of Various Mathematical Symbols. 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ Michael Everson, Proposal to add Latin letters and a Greek symbol to the UCS, ISO/IEC JTC1/SC2/WG2 N3122 L2/06–266 Arxivləşdirilib 2016-04-10 at the Wayback Machine (2006)
- ↑ Page 320 in Randall Dipert, "Peirce's deductive logic". In Cheryl Misak, ed. The Cambridge Companion to Peirce. 2004
- ↑ "Tərsinə A hərfi - Başlanacaq yeni müharibənin simvolu, yoxsa... - MƏNASI NƏDİR? - FOTO". Milli.az (az.). 2023-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2023.
- ↑ Jensen, Hans. Sign, Symbol, and Script. New York: G.P. Putman's Sons. 1969. səh. 262. ISBN 9780044000211.
- ↑ "Interview: Yoshiyuki Tomino". Anime News Network. 2009-10-23. 2014-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.