Çikaqe Oqi
Çikaqe Oqi | |
---|---|
yap. 扇 千景[1] | |
30 iyul 2004 – 28 iyul 2007 | |
Monarx | Akihito |
Əvvəlki | Hiroyuki Kurata |
Sonrakı | Satsuki Eda |
6 yanvar 2001 – 22 sentyabr 2003 | |
Baş nazir | Yoşiro Mori Cuniçiro Koyzumi |
Əvvəlki | vəzifə yaradıldı |
Sonrakı | Nobuteru İşihara |
Şəxsi məlumatlar | |
Doğum adı | 林 寛子 |
Doğum tarixi | 10 may 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 2023[2] (89 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | aktrisa, siyasətçi |
Həyat yoldaşı |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe?, 10 may 1933, Kobe – 9 mart 2023[2], Tokio[2]) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko?) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur.[3]
Həyatı və karyerası
[redaktə | vikimətni redaktə et]Səhnə
[redaktə | vikimətni redaktə et]1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir.[4] Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir.[5]
Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur.[4] O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur.[3] Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir.[4]
Siyasət
[redaktə | vikimətni redaktə et]1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir. 1994-cü ildə Yeni Cəbhə Partiyasına qoşulmuşdur. Liberal Partiyasının üzvü olduqdan sonra 2000-ci ildə yaradılmış Yeni Mühafizəkar Partiyasına daxil olmuşdur.[3] 2000-ci ilin iyulunda Tikinti naziri seçilərək bu vəzifəyə təyin olunan ilk qadın olmuşdur. 2001-ci ildə aparılmış nazirlik islahatlarından sonra Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri seçilmişdir.[3]
2003-cü ildə Liberal Demokrat Partiyasına qayıtmış və növbəti il Müşavirlər Palatasının sədri seçilmişdir. Beləliklə, bu vəzifəyə seçilmiş ilk qadın olmuşdur. O, ümumilikdə 5 dəfə Müşavirlər Palatasına seçilmişdir. 2007-ci ildə ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək siyasi karyerasını bitirmişdir. 2007-ci ildə "Qərar vaxtı" alı memuarını nəşr etdirmişdir.[4] 2010-cu ildə "Pavlovniya çiçəkləri" ordeninin Böyük kordonu ilə təltif olunmuş ilk qadın olmuşdur.[3]
9 mart 2023-cü ildə Tokioda yerləşən bir xəstəxanada qida borusu xərçəngi səbəbilə ölmüşdür.[3]
Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]Oqi 1958-ci ildə kabuki sənətçisi IV Sakata Tocuro ilə evlənmişdir. Cütlüyün oğlu Tomotaro Hayaşi də kabuki aktyorudur.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 扇千景氏が死去 女性初の参院議長、89歳 (yap.). 日本経済新聞社, 2010.
- ↑ 1 2 3 4 扇千景さん死去 89歳、食道胃接合部がん 初代国交相、04年には女性初の参院議長に.
- ↑ 1 2 3 4 5 6 "Chikage Ogi, Japan's first female Upper House head, dies at 89". The Japan Times (ingiliscə). 13 mart 2023. 14 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
- ↑ 1 2 3 4 5 "Obituary: Chikage Oogi: An Unsurpassed Feat of Political Firsts". Japan Forward (ingiliscə). 24 mart 2023. 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
- ↑ "Japan's 1st female upper house chief Chikage Ogi dies at 89". Kyodo News (ingiliscə). 14 mart 2023. 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2023.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 10 mayda doğulanlar
- 1933-cü ildə doğulanlar
- Kobedə doğulanlar
- 9 martda vəfat edənlər
- 2023-cü ildə vəfat edənlər
- 89 yaşında vəfat edənlər
- Tokioda vəfat edənlər
- Yaponiya Liberal Demokrat Partiyasının üzvləri
- Yeni Cəbhə Partiyasının üzvləri
- "Pavlovniya çiçəkləri" ordeni ilə təltif olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- "Doğan günəş" ordeni ilə təltif edilənlər
- Yaponiyada xərçəng xəstəliyindən ölənlər
- Yaponiya nazirləri
- Yaponiya aktrisaları
- Aktyor-siyasətçilər
- Yaponiyanın qadın siyasətçiləri