Çin Kommunist Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çin Kommunist Partiyası

中国共产党
ÇKP
Loqonun şəkli
Sədri Si Tsinpin
Baş katib Si Tsinpin
Quruluş tarixi 1 iyul 1921
Baş qərargah
İdeologiya Kommunizm, Marksizm-leninizm, Maoizm, Den Syaopin ideyaları
İdeoloji spektr İfrat sol
Üzv sayı 98,041,000 (2022)[1]
Şüar Xalqa xidmət!
Mətbuat orqanı "Jenmin Jibao" qəzeti və "Tcyuşi" jurnalı
Saytı cpc.people.com.cn
Bayrağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Çin Kommunist Partiyası (ÇKP) (çin. Zhōngguó Gòngchǎndǎng) — Çin Xalq Respublikasının əsas və hakim partiyası və üzvlərinin sayına görə dünyanın ən böyük partiyası. 1921-ci ildə təsis edilib və Çin vətəndaş müharibəsində Homindanın məğlubiyyətindən sonra hakimiyyətə gəlib.

Partiyanın rəhbər rolu ÇXR-in konstitusiyasında qeyd olunur.[2]

ÇKP-nin mənşəyi Çin intellektualları arasında qərbdən gələn marksizmanarxizm fikirlərinin populyarlıq qazandığı dövrdə baş verən 1919-cu il 4 may hərəkatından gəlir.[3] Rusiyada Oktyabr inqilabı və bolşeviklərin qələbəsi də ÇKP-nin yaranması üçün ilham mənbəyi olub.[4] Leninizmi və dünya inqilabını tərifləyən ilk qabaqcıl Çin intellektualı Li Daçjao idi. Partiyanın başqa həmtəsisçisi olan Çen Duşüdən fərqli olaraq, Li Çin Respublikasının işlərində iştrakından imtina etməyib. İkisi də inanırdı ki, Oktyabr inqlabı hər yerdə əzilən ölkələr üçün yeni dövr başladıb.[5] ÇKP Vladimir Leninin avanqardizm strategiyasına əsaslanırdı.[6]

Partiyanın ilk qurultayı 1921-ci il iyulun 23-dən 31-dək keçirilmişdir.[7]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Çin Kommunist Partiyasının partiyadaxili statistik bülleteni
  2. 2018-ci ildən bəri bu, konstitusiyanın preambulasına köçürülüb
  3. "History of the Communist Party of China". Xinhua News Agency. 29 April 2011. 29 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2014.
  4. Hunt, Michael. The World Transformed:1945 to the Present. Oxford University Press. 2013. səh. 114.
  5. Hans van de Ven, Johan. From Friend to Comrade: The Founding of the Chinese Communist Party, 1920–1927. University of California Press. 1991. səh. 26-27. ISBN 978-0520910874.
  6. Hans van de Ven, Johan. From Friend to Comrade: The Founding of the Chinese Communist Party, 1920–1927. University of California Press. 1991. səh. 34-38. ISBN 978-0520910874.
  7. "1st. National Congress of The Communist Party of China (CPC)". 22 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2015.