Çennay ekspresi (film, 2013)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çennay ekspresi
hind. Chennai Express[1]
Janr döyüş-komediya filmi[d], romantik komediya
Prodüserlər
Baş rollarda
Distribütor Netflix
İlk baxış tarixi 2013, 15 avqust 2013[2], 8 avqust 2013
Müddət 141 dəq.
Ölkə
Dillər Hind dili, Tamil dili
Rəng rəngli
IMDb ID2112124
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çennay ekspresi (ing: Chennai Express, hind: चेन्नई एक्सप्रेस, tam: சென்னை எக்ஸ்பிரஸ்) — Rohit Shetty tərəfindən 8 avqust 2013-cü ildə ekranlaşdırılan Hindistan komediya filmidir. Baş rollarda Şah Rukh KhanDipika Padukone oynamışdırlar. Film 6 kateqoriya üzrə Filmfare Mükafatlarına namizəd olsa da, heç bir mükafat almamışdır. Film 422 crore (68 milyon dollar) gəlir əldə etmişdir. Çennay ekspresi Hindistanın ən çox gəlir gətirən filmi olmuş və Baykerlər 3 filmi tərəfindən 4 ay sonra bu rekord sındırılana qədər bu adı özündə saxlamağı bacarmışdır.

Hələ azyaşlı uşaq olanda Rahul hər iki valideynini ağır avtomobil qəzasında itirib. Yetim böyüyən Rahulu nənə-babası öz himayələrinə götürüb. Ancaq ad günü ərəfəsində sevimli babası gözlənilmədən dünyasını dəyişir. Onun kül halına gətirilmiş nəşini Rameşvarama aparmaq lazım gəlir. Ad günü ərəfəsində Rahul dostları ilə Qoaya istirahətə yollanmağa razılaşmışdı. Ancaq babasının son vəsiyyətini də yerinə yetirmək vacibdir. Nənəsinin heç bir şeydən şübhələnməməsi üçün Rahul Rameşvaram istiqamətində hərəkət edən Çennay sürət qatarına bilet alır. Ora yollanmazdan əvvəl dostları ilə Qoaya baş çəkməyi planlaşdırır. Habelə Mina adlı gözəl qıza rast gəlməsi ilə hərtərəfli düşünülmüş bütün planları alt-üst olur.

  1. http://www.imdb.com/title/tt2112124.
  2. IMDb (ing.). 1990.