Əkin cırhavucu
Əkin cırhavucu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Əkin cırhavucu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əkin cırhavucu (lat. Pastinaca sativa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü.
Yayılması
[redaktə | mənbəni redaktə et]Bu bitkiyə təbiətdə yabanı halda Avropa, Türkiyə, Qafqazda, Qərbi Sibirdə rast gəlinir.
Əkin cırhavucu demək olar ki, hər yerdə becərilir.[2].
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Əkilən mədəni bitki (yabanı rast gəlinmir) olub, çoxəsrlik seleksiya nəticəsində əmələ gəlmişdir. İkiillik bitkidir. Birinci ili kökətrafı yarpaqları əmələ gəlir. Yoğun və şirin kökü olub, hündürlüyü 2m-ə bərabərdir. İri yarpaqlarının uzunluğu 20 sm, mürəkkəb lələkvari olmaqla, uzun saplaqdan ibarətdir. Çiçəkləri yaşılımtıl-sarıdan, tünd-qonur rəngə qədər dəyişir. Arxa hissəsi azacıq qabarıq, 5 qabırğalıdır (3 dar, ensiz, nazik, ayaqcıqlı və 2 kənarı yastı olmaqla, azacıq qalınlaşmış haşiyəyə malikdir). Çiçəkləri mürəkkəb çətir qrupunda formalaşmışdır. Meyvələri dairəvi-oval, mərciyəbənzər yastılanmış, asılan, adətən 2 merikarpdan ibarətdir. Meyvəsi yastı, əsası böyük olmayan oyuqlu olub, uzunluğu 4-8 mm, eni isə 3-6 mm-dir. Meyvələri sarımtıl-qonur, asılan, yetişdikdə iki hissəyə bölünəndir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir.
Alaq və mədən bitkiləri arasında daha yaxşı inkişaf edir.
Yetişmiş və qurudulmuş mədəni ikiillik ot bitkisi olan əkin cırhavucunun meyvələri xammal olaraq toplanılır və keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Döyüldükdən sonra çiçək və meyvələri ayrılır, kölgə şəraitində havalı yerlərdə 4-5 sm qalınlığında sərilərək qurudulur.
Qarıncıq tərəfi uzunsovdur. Meyvəsi açıq qonur-samanı rənglidir. Zəif iyli, özünəməxsus şirin dadlı və yandırıcıdır. Xüsusi şəraitdə saxlanılmalıdır. Saxlanılma müddəti 4 ildir.
Tərkibi və təsiri
[redaktə | mənbəni redaktə et]Meyvələrinin tərkibində furokumarinlər: berqapten, ksantotoksin, sfondin, izopimpinellin, imperatorin, sfondin, efir yağları, polin və flavonoidlər – rutin, pasternozid, hiperin və 3,6% efir yağı vardır. Ədviyyəli iyi tərkibində olan heptil, heksil və oktil-butil efirlərinə görədir. Meyvələrinin tərkibində K, Ca, Mg, Fe, Mn, Zn, Cr, Al, Cu ionları vardır. Bu bitki Se akkumlyasiya edir.
Beroksan həb 0,02q. 0,25% və 0,5% xaricə tətbiq üçün məhlul və Oksoralen ultra kapsul 0,01q fotosensiblizasiyaedici dərmandır.
Bitkinin meyvələrindən beroksanipastinasin alınır. Beroksan adlanan bu maddə ksantotoksin və berqapten maddələrindən ibarət olub, dəridə melanin piqmentini stimulyasiya edir. Fotosensiblizasiyaedici maddə kimi vitiliqo və allopesiyalarda müvəffəqiyyətlə təyin edilir.
Polyaroqrafik metodla forokumarin maddələri ən azı 1%, rütubət 10%, kül 6%, üzvü birləşmələr 10%, bitkinin müxtəlif hissəcikləri 10%, üzvi maddələr 2%, mineral birləşmələr isə ən azı 1%-ə qədərdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 262.
- ↑ GRIN saytının məlumatına əsasən.