Əkbər Qardaşbəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əkbər Qardaşbəyov
Doğum tarixi 15 mart 1923(1923-03-15)
Doğum yeri
Vəfat tarixi 26 mart 2001(2001-03-26) (78 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1942-ci ildən
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1987 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974

Əkbər Hacı oğlu Qardaşbəyov (15 mart 1923, Naxçıvan, Naxçıvan Muxtar Diyarı26 mart 2001, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1987).

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aktyor Əkbər Qardaşbəyov 15 mart 1923-cü ildə Naxçıvanda doğulub.[1] Orta məktəbdən aktyorluqla maraqlanıb, dram dərnəklərində çıxış edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrının truppasına 1942-ci ildə daxil olub.[2]

Əsasən, xarakterik və kiçikhəcmli psixoloji rollar oynayıb. Realist aktyor məktəbinə mənsubdur. Tipaj yaratmaq, Tiraj oyun üslubuna üstünlük verib, qaravəlli ifaçılıq prinsiplərindən, məsxərə və məzhəkə elementlərindən istifadə edib.

Əkbər Hacı oğlu Qardaşbəyov 4 oktyabr 1974-cü ildə "Azərbaycan SSR əməkdar artisti", 12 iyun 1987-ci ildə "xalq artisti" fəxri adları ilə təltif olunub.

Əlli ilə yaxın səhnə fəaliyyəti göstərmiş aktyorun əsas rolları: Baqqal Xəlil ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Azər baba ("Fərhad və Şirin", Səməd Vurğun), Mirzə Hüseyn ("Toy", Sabit Rəhman), Bəhruz ("Yarımçıq şəkiİ", Adil Babayev), Elman ("Vətən", Abdulla Şaiq), Şeyx Hadi, Gərşivəz ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov), Molla Abbas, Həkim, Şeyx Nəsrulla ("Dəli yığıncağı", "Anamın kitabı" və "Ölülər", Cəlil Məmmədquluzadə), İnfil ("Azərbaycan, dünyam mənim", Məmməd Araz. Poetik-dramatik kompozisiya), Sərvər, Soltan bəy ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Toğrul, Fərhad, Fuad, Səməd bəy, Məmmədəli bəy, Molla Möhsün, Novruz bəy ("Yaşar", "Nəsrəddin şah", "Almaz", "Oqtay Eloğlu", "Sevil", "Solğun çiçəklər" və "Aydın", Cəfər Cabbarlı), Ata ("Astana", Aleksandr Dudarev), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Nuru Sayaner ("Toros canavarı", Əziz Nesin), Knyaz ("Xanuma", Avksenti Saqareli), Verşinin ("Zirehli qatar 1469", Vyaçeslav İvanov).[2]

Əkbər Qardaşbəyov 26 mart 2001-ci ildə Naxçıvanda vəfat edib.

  1. Təqvim 15 – 18 mart
  2. 1 2 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.334