Şulqi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şulqi
Ur çarı, ŞumerAkkad çarı
e.ə. 2094 – 2046
ƏvvəlkiUr-Nammu
SonrakıAmar-Suen
Şəxsi məlumatlar
Vəfat tarixi təq. e.ə. 2045[1]
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Ailəsi Üçüncü Ur sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şulqi (şum. 𒀭𒂄𒄀; v. təq. e.ə. 2045[1]) — təxminən e.ə. 2094–2046-cı illərdə hakimiyyətdə olmuş, üçüncü Ur sülaləsindən Ur çarı, ŞumerAkkad çarı. Əvvəllər onun adı Dunqi kimi oxunurdu, lakin indiki dövrdə bu transkripsiyadan istifadə edilmir.

Şulqi Ur-Nammunun oğludur. Ur çarlarının annalları daha sonrakı dövrlərdə, Selevki padşahı II Antioxun hakimiyyəti dövründə bir tələbə tərəfindən köçürülmüş və çox zəif qorunmuş nüsxəsində verilən məlumata görə, Şulqi çar Utuxenqalın qızının oğlu idi.[2]

Şulqi hakimiyyətdə olduğu müddətdə dövləti davamlı və ardıcıl olaraq gücləndirmiş və genişləndirmiş, atasının dövründə başlanan tikililərin tikintisini tamamlatdırmışdır. Arxeoloqlar üzərində Ur-Nammunun möhürü olan yerlərdə Şulqinin möhürü olan kərpiclər tapırlar. Atası kimi Şulqi də təkcə Urda yox, həmçinin Şumerin digər şəhərlərində də məbədlər ucaltmışdır.[3]

  1. 1 2 https://www.britannica.com/biography/Shulgi.
  2. "Хроники царей Ура (CM 48)". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-01.
  3. Белицкий Мариан. Шумеры. — С. 162—163.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]