38°17′16″ şm. e. 48°17′42″ ş. u.HGYO

Şeyx Cəbrayıl türbəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şeyx Əminəddin Cəbrayıl türbəsi
fars. آرامگاه سید امین‌الدین جبراییل
Xəritə
38°17′16″ şm. e. 48°17′42″ ş. u.HGYO
Ölkə  İran
Yerləşir Ərdəbil ostanı, Kəlxoran kəndi
Tikilmə tarixi XIV -XVI əsrlər
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
Səfəvi memarlığı
Material daş[d][1], kərpic[1][2], kaşı[1]
Türbənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyx Əminəddin Cəbrayıl türbəsi (fars. آرامگاه سید امین‌الدین جبراییل‎) — İranın Ərdəbil şəhəri yaxınlığındakı Sulxordad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi.

F. Zarre qeyd edir ki, türbə Şeyx Səfinin atası Şeyx Cəbrayılın məzarı üzərində inşa edilmişdir.[3] XIX əsrdə türbənin iki yaxşı rəsmini nəşr etdirən fransız arxeoloq Jak De Morqan, rəsmlərdən birini “Seyid Danyalın mavzoleyi”, digərini isə “Seyid Cəbrayılın mavzoleyi” adlandırmışdır.[4]

Sənətşünaslıqla bağlı ədəbiyyatlarda tikilinin əsas hissəsinin XIV əsrdə ucaldılması və ilkin olaraq qülləvari görünüşə malik olması haqqında fikir söylənmişdir.[3] Ə. Salamzadə türbənin, Şeyx Cüneyd türbəsi ilə yaxın anologiyaya malik olması, xüsusilə baraban və günbəzin həll edilməsini əsas gətirərək Şeyx Cəbrayıl türbəsinin XVI əsr abidəsi olmasını bildirir.[5] Tədqiqatçının fikrincə Səfəvilərin hakimiyyətə gəlməsindən sonra Şeyx Səfi kompleksində olduğu kimi, Şeyx Cəbrayıl türbəsində də genişləndirmə və yenidənqurma işləri aparılmışdır.[6]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Xarici konturlarına əsasən türbə planda əsas fasaddan kənarları kəsilmiş və uzadılmış düzbucaqlı formasına malikdir. Əsas dəfn otağı günbəzlə örtülmüş səkkizguşəli zal formasındadır. Zalın künclərində kiçik otaqlar, əsas oxu boyunca isə dərin portal nişləri yerləşir.[7] Tikilinin dəfn otağı hissəsi təkcə planına görə deyil, həm də həcm-məkan həllinə görə Azərbaycanın Qusar rayonunun Həzrə kəndində Səfəvi şeyxlərindən birinin şərəfinə inşa edilmiş Şeyx Cüneyd türbəsi ilə çoxlu ortaq xüsusiyyətlərə malikdir.[5]

Şeyx Cüneyd türbəsindən fərqli olaraq Şeyx Cəbrayıl türbəsi yaxşı inkişaf etdirilmiş və tikiliyə sonradan əlavə edildiyi güman edilən[3] dəbdəbəli giriş hissəsinə malikdir. Tikili daş kürsülük üzərində ucaldılmışdır.[5] Divarlar kərpicdən hörülmüş və üzlənməmişdir. Tağ timpanları və filenləri kərpiclə üzlənmiş fiqurlu üzlüyə malikdir. Tikilinin günbəzi qırmızı kərpic və firuzəyi kaşılardan istifadə ilə üzlənmiş dairəvi baraban üzərində ucaldılmışdır.[5]

  1. 1 2 3 https://iranarchpedia.ir/entry/13978.
  2. https://www.iranicaonline.org/articles/ardabil.
  3. 1 2 3 Sarre, Fr. Ardebil. Berlin. 1925. 54.
  4. De Morgan, J. Mission scientifique en Pers, I cild. 1894. şəkil 12-13.
  5. 1 2 3 4 Саламзаде, 1964. səh. 41
  6. Саламзаде, 1964. səh. 42
  7. Саламзаде, 1964. səh. 40
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.