48°26′48″ şm. e. 1°29′18″ ş. u.HGYO

Şartr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şartr
Chartres
Gerb
Gerb
48°26′48″ şm. e. 1°29′18″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 142 m, 121 m[2], 161 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 38.447 nəf. (1 yanvar 2021)[3]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 28000[4][4]
Digər
chartres.fr
Xəritəni göstər/gizlə
Şartr xəritədə
Şartr
Şartr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Şartr[5] (fr. Chartres) — Fransanın şimal-qərbində Sentre bölgəsində Eure-et-Lur rayonunun mərkəzi şəhəri.

Parisin 96 km cənub-qərbində, Eure çayınınn sol sahilində qurulmuşdur. Burada yerləşən məşhur kilsənin qüllələri Beauce ovalığının simvoludur. Müasir şəhər son zamanlarda yaxınlıqdakı ovalığa və Bretaniyaya doğru uzanmışdır. Bu ovalıq Parislə Loire vadisi arasında mühüm keçiddir.

Məşhur Şartr kilsəsindən başqa burada böyük ölçüdə 13-cü əsrdə tikilmiş Saint Pierre kilsəsi də var. 17-18-ci əsrlərdən qalmış keçmiş Yepiskop Sarayı muzeyə çevrilmişdir.

Adını Keltlətin Karnutes nəslindən alan şəhər əvvəllər Druidlərin mərkəzi olmuşdur.858-ci ildə şəhər Normanlar tərəfindən yandırılmışdır.Orta əsrdə Blois və Şampan ailələrinin idarəsində qraflıq olmuşdur. 1286-cı ildə Fransa kralına satılmış, Yüzillik müharibədə (1337-1453) isə ingilislər şəhəri 15 il müddətinə işğal etmişlər. 1528-ci ildə I.Fransisk şəhəri hersoqluğa çevirmişdir. Din müharibələrində Şartra hücum edən protestantlar uğur əldə edə bilməyiblər. 1594-cü ildə burada IV.Henrinin tacqoyma mərasimi keçirilmişdir.

Şəhərdə gübrə və kənd təsərrüfatı alətləri sənayesi inkişaf etmişdir. Digər sənaye məhsulları arasında ətir, pivə, avto aksessuar və elektronika materialları vardır. Parisə yaxın yerləşməsi şəhərin iqtisadi inkişafını sürətləndirmişdir.

  1. répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
  2. 1 2 répertoire géographique des communes. Institut national de l'information géographique et forestière, 2015.
  3. Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
  4. 1 2 Base officielle des codes postaux. La Poste, 2018.
  5. Монументал сәнәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 56.