İran jandarması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İran jandarması (fars. ژاندارمری دولتیJandarmirī-ye dövlətī) — 1910-cu ildən 1991-ci ilədək İranda olan hərbi birləşmə.

İran jandarması 1910-cu ildə İsveç dövləti tərəfindən yaradılıb. Belə ki, İran öz Jandarma və Polis təskilatını qurub, inkişaf etdirmək üçün həmin ildən etibarən İsveçli zabitləri ölkəsinə dəvət edir. İlk dəfə 36 zabit dəvət edilmişdi.[1]

1924-cü ilə qədər İranda qalan bu zabitlərin təlim-tərbiyə verdikləri birliklər və yetisdirdikləri əsgərlər daha sonra İran sahının ordusunun əsasını təşkil etdilər.

1911–1924-cü illər arasında 49 orta rütbəli zabit və 5 aşağı rütbəli zabit, toplam 54 hərbi personel İsveç tərəfindən İrana yollanir.

1911-ci ilin may ayında Amerikalı müşavir Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Şusterin layihəsinə görə jandarm hissələrinin sayı 15 min nəfərə çatmalı idi.[2]

Amerikalı müşavirlər 1912-ci ildə İrandan çıxarıldıqdan sonra jandarm hissələrinin bütün ixtiyarı isveçlilərə verildi.

Jandarmların təlim, tərbiyə və idarəsi üçün 1912-ci ildə Tehran şəhərində hərbi jandarm məktəbi təsis edildi.

1913-cü ilin əvvəlində jandarm qüvvələrin sayı 8 minə çatmışdı. Jandarm qüvvələrinin bütün xərci Qacarlar dövlətinin İngiltərədən aldığı borcun hesabına ödənilirdi.

I Dünya müharibəsi dövründə ingilislərə qarşı yaranan Milli Müdafiə komitəsinin üzvüləri arasında jandarm zabitləri də vardı.

Məhəmmədtağı xan Püsyan başçılıq etdiyi jandarm eskodronu ilə Luristana getmiş, Burucerd döyüşlərində quldurları dağıtmış, bəzi mürtəce xanları həbs etməklə əmin-amanlıq yarada bilmışdı. Bu çarpışmalarda yaralanan komandir sağaldıqdan sonra mayor rütbəsi almış və Həmədan batalyonunun rəisi təyin ədilərək 1915-ci ilin 14 dekabrınadək həmin vəzifədə çalışmışdı.

Əliqulu xan Püsyan 1913-cü ildə Tehranda jandarm zabitlik məktəbini bitirdikdən sonra, kapitan rütbəsilə İran jandarması qüvvələri sırasına qəbul olmuşdu. 1914-cü ilin ortalarında Fars əyalətinə göndərilmiş Əliqulu xan əvvəlcə Bоrazcan, Kazerun jandarm qüvvələrinin komandiri vəzifəsində çalışmış, sonra 1915-ci ilin əvvələrində Şiraza çağırılmış, isveçli zabitlər Şirazdan getdikdən sonra Əliqulu xan mayor rütbəsilə Şirazdan, sonra da bütün Fars əyalətinin jandarm qüvvələrinin komandiri vəzifəsinə qədər yüksəlmişdi.

Mayor Əliqulu xan 1915-ci ilin əvvəlindən İngiltərə təcavüzkarlarına nifrət bəsləmiş və ölkənin istiqlalını qorumaq üçün daim çarə yolları axtarmışdı. Mayor Əliqulu xan Borazcandan Şiraza getdikdən sonra IDP-nin fəal bir üzvü kimi ilk partiya təşkilatlarının güclənməsində var qüvvəsilə çalışmışdı. Mayor Əliqulu xan ölkənin xarici dövlətlər tərəfindən işğal edilməsini, onun müstəmləkəyə çevrilməsinin qarşısını almıq məqsədilə Fars əyalətində mütərəqqi və mübariz qüvvələri birləşdirməkdə, xüsüsilə jandarm zabitlərini, onun sıravi nəfərlərini vətəni müdafiə uğrunda mübarizə sıralarına sövq etdirməkdə fəaliyyət göstərmişdir. 1915-ci il noyabrın 10-da Şirazda başlanmış silahi üsyana, 1916-cı ilin aprelin 10-adək Şirazda yaranmış xalq hakimiyyətinin rəhbər orqanı olan vahid komitəyə mayor Əliqulu xan başçılıq etmişdir.

Yerləşmə mərkəzləri

[redaktə | mənbəni redaktə et]
Mərkəzi
Qarnizonları
Qacarlar dövründə
Adı Komandanlıq tarixi
 İsveç General Harald Hjalmarson avqust 1911 – fevral 1915
 İsveç Colonel Nyström mart 1915 – 1916
 İsveç Colonel Gleerup avqust 1918 – 1921
Pəhləvilər dövründə
İİR dövründə
  1. Şura məclisinin protokolları, II dövr, səh.805.
  2. Cahangir Qaemməqami, Tarixi təhəvvülati siyasiyi nazami-İran, Tehran, 1324, 134.