İohann Kepler
İohann Kepler | |
---|---|
alm. Johannes Kepler | |
Doğum adı | Johannes Kepler |
Doğum tarixi | |
Doğum yeri | Veyl-der-Ştadt, Müqəddəs Roma imperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Regensburq, Bavariya, Müqəddəs Roma imperiyası |
Dəfn yeri | |
Anası | Katarina Kepler[d] |
Elm sahələri | Astronomiya, astrologiya, riyaziyyat və naturfəlsəfə |
Elmi dərəcələri | |
İş yerləri | |
Alma-mater | Tübingen Universiteti |
Təhsili |
|
Elmi rəhbərləri | Maykl Myöstlin[d], Tixo Brahe[2] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
İohann Kepler (alm. Johannes Kepler; 27 dekabr 1571[3][4] – 15 noyabr 1630[1][3][…], Regensburq, Müqəddəs Roma imperiyası[5]) — alman astronomu və riyaziyyatçısı; planetlərin hərəkət qanunlarını kəşf etmişdir[6].
Həyatı
[redaktə | mənbəni redaktə et]İohann Kepler Veyl-der-Ştadtda kasıb protestant ailəsində anadan olmuşdur. Monastır məktəbini, Tübingen akademiyası nəzdində ruhani seminariyasını və Tübingen akademiyasını bitirmişdir. Həmin məktəbin astronomiya müəllimi onu dünyanın heliosentrik sistemi ilə tanış etmişdir. 1594-cü ildən Qras Universitetində riyaziyyat və astronomiyanı tədris etmişdir. İlk əsərini ("Kainatın sirri") burada 1596-cı ildə yazmışdır. Dini təqiblərə görə Praqaya Tixo Bragenin yanına köçmüş, onun vəfatından (1602) sonra isə imperator II Rudolfonun yanında işləmişdir. Burada teleskopla bağlı "Dioptrika" (1611) əsərini yazmış, Bragenin müşahidələrində və Marsın hərəkətindəki qanunauyğunluqları öyrənmiş və Kepler qanunlarının ilk ikisini kəşf etmişdir. O, bu qanunları 1609-cu ildə yazdığı "Yeni astronomiya" kitabında qeyd etmişdir. Keplerin Mars üzərində kəşf etdiyi qanunlar əksər planetlər üçün doğru oldu. Onlar Günəş və Ay tutulmalarını vaxtından əvvəl təyin etməyə imkan verirdi. Lakin dini dünyagörüşünə zidd olduğu üçün Vatikan bu kitabı qadağan olunmuş kitabların sırasına daxil etdi. Keplerin son böyük əsəri 1627-ci ildə yazdığı "Rudolf cədvəlləri" idi. Bu cədvəl planetlərin vəziyyətlərinin dövrünə görə əvvəlcədən dəqiq hesablamalara imkan verirdi.
1611-ci ildə Keplerin həyat yoldaşı və üç uşağı xəstələnib ölmüş, anası isə sehrbazlıqda təqsirləndirilib həbs edilmişdir. Yalnız altı ildən sonra anasına bəraət qazandıra bilən Kepler bu dəfə də Otuzillik müharibənin (1618–1648) başlaması ilə Ulma qaçmağa məcbur olmuşdur. 1628-ci ildə ehtiyac üzündən ordu sərkərdələrinin birinin yanında astroloq kimi işləmiş və maaş verilməsi qərarını almaq üçün Regensburqa gedərkən yolda xəstələnib ölmüşdür.
Dini baxışları
[redaktə | mənbəni redaktə et]Astronomiya elminin qurucusu olan Kepler planetlərin hərəkətlərini, günəş sisteminin uzaqlığını hesablayan və ulduzların hərəkət xəritəsini göstərən ilk astronomik təqvimi nəşr etmişdir. Kepler eyni zamanda kainatın Tanrı tərəfindən yaradıldığına inanmışdır. Elm ilə məşğul olmağının səbəbini soruşanlara Keplerin cavabı "Tanrının əsərlərindəki ləzzəti dadmaq üçün" olmuşdur. Tanrının yaratdığı hər şeydə özünü göstərdiyinə inanan Keplerin həyatı araşdırılsa, kainatda ilahi dizaynın var olduğuna inanan bir insanın elmi işlərində nə dərəcə müvəffəqiyyətli olduğu görülər. Kepler "ağ ayıları və ağ qurdları Şimalın qarlı bölgələrinə göndərən kimdir? Ayıların, balinaların və qurdların bəslənməsi üçün, quşların yumurtalarını da onlarla birlikdə orada saxlayan kimdir?" deyə soruşduğu zaman cavabı özü belə cavablandırmışdır: "Bizim Tanrımızdır, O ən böyükdür, O üstündür və Onun ağlı sonsuzdur". Kepler sözlərini bu şəkildə davam etdirmişdir: "Tanrını anlamaq üçün sahib olduğunuz bütün duyğularınızı istifadə edin".
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
- ↑ Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ Кеплер Иоганн // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.607
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kepler’s discovery Arxivləşdirilib 2012-01-27 at the Wayback Machine (анимации на тему "Новой астрономии" Кеплера)
- Johannes Kepler’s New Astronomy (ing.)
- 27 dekabrda doğulanlar
- 1571-ci ildə doğulanlar
- 58 yaşında vəfat edənlər
- 15 noyabrda vəfat edənlər
- 1630-cu ildə vəfat edənlər
- Bavariyada dəfn olunanlar
- Tübingen Universitetinin məzunları
- Dei Linçei Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Regensburqda vəfat edənlər
- Almaniya astronomları
- Almaniya riyaziyyatçıları