İkinci İnönü döyüşü
İkinci İnönü döyüşü | |||
---|---|---|---|
Türk-Yunan müharibəsi | |||
Tarix | 23 mart - 1 aprel 1921 | ||
Yeri | İnönü, Əskişəhər, Türkiyə | ||
Səbəbi | Yunanıstan ordusunu Türkiyəyə yeridilməsi | ||
Nəticəsi | Türkiyənin qələbəsi, Yunanıstan ordusunun İnönü bölgəsindən geri çəkilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İkinci İnönü döyüşü — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrində yunan ordusu ilə türk Ankara Hökumətinin ordusu arasında 23 mart-1 aprel 1921-ci il tarixlerində baş vermiş bir döyüş.
Döyüşün məqsədi
[redaktə | mənbəni redaktə et]Yunan ordusunun hücumun əsas məqsədləri aşağıdakılardır:
- Türk qüvvələrinin güclənməsinin qarşısını almaq;
- Birinci İnönü döyüşündəki məğlubiyyətin qısasını almaq;
- Əskişəhər və Afyonqarahisar kimi strateji mövqeləri ələ keçirmək;
- Sevr müqaviləsinin maddələrini güc hesabına Türkiyə Milli Hökumətinə qəbul etdirmək.
Silahlı qüvvələr
[redaktə | mənbəni redaktə et]Türk ordusu ilə yunan ordusu arasında baş verən İkinci İnönü döyüşündə Türk ordusu ümumilikdə 40 min əsgər[1] olmaqla, 235 ağır tüfəng, 55 yüngül tüfəng və 104 topa malik idi.
Yunan ordusu isə 30 min əsgər olmaqla 720 ağır tüfəng, 3134 yüngül tüfəng və 220 topa malik idi.[2][3][4]
Döyüş
[redaktə | mənbəni redaktə et]Birinci İnönü döyüşündə məğlub olan Bursa bölgəsində olan Üçüncü Yunan Qvardiyası və Uşak bölgəsində olan Birinci Yunan Qvardiyası London Konfransına getmək üçün hazırlanan Türk nümayəndələri hələ yolda ikən bütün qapıları bağlamış, Afyonqarahisar və Əskişəhər istiqamətlərindən hücum etdilər. General-mayor İsmət İnönü rəhbərliyindəki birliklər, qərargah Əskişəhər olmaqla cənubdan şimala doğru 11, 24 və 61-ci Piyada Divizyaları birinci xəttə, 3-cü Piyada Divizyası və 1-ci Süvari Briqadasını ehtiyatlı bir şəkildə İnönü mövqeyində müdafiə məqsədilə hərəkətə keçirdi. Yunan ordusu döyüşün ilk dörd günündə çox əhəmiyyətli qələbələr ələ keçirərək 24 mart-da Dumlupınarı, 27 martda Afyonqarahisarı ələ keçirdilər. Əskişəhər istiqamətində hərəkət edən Yunan ordusu isə Birinci İnönü döyüşündə istifadə edilən yolla irəliləməkdə davam edirdi. İnönü istiqamətində çatışma 27 martda başladı. Yunan qüvvələri ilk günlərdə əhəmiyyətli hücumlar etməsi nəticəsində türk qüvvələrinə dəstək məqsədilə Türkiyə Böyük Millət Məclisində alınan qərarla Məclis Mühafizə Briqadası ilə birikdə Milli Təhlükəsizlik Naziri Fevzi Çaxmaq cəbhə bölgəsinə yollandı. Mövqelərin mühafizəsində heç zəiflik göstərməyən və əmrləri son dərəcə mükəmməl yerinə yetirən Qərargah rəisi general-mayor İsmət İnönü keyfiyyətli hücumları nəticəsində yunan qüvvələri geri çəkilmək məcburiyyətində qaldılar. Yunan ordusunun geri çəkilməsi anında Türk süvarilərinin onları təqib etməsi nəticəsində çoxlu sayda canlı qüvvə itirdilər. Ancaq cənub cəbhəsində Afyonqarahisarı işğal edən Yunan qüvvələri Çay-Bolvaldin xəttinə qədər irəliləmişdi. Ancaq Yunan qüvvələri 30 martdaki ikinci hücumlarında da geri çəkilmək məcburiyyətində qaldılar və Afyonqarahisardan geri çəkildilər. Geri çəkilən Yunan ordusu Türk süvariləri tərəfindən Yenişehir düzənliyində ağır məğlubiyyətə uğradılar[5]. Yunanların məğlubiyyəti Qərb Cəbhəsi komandanı İsmət İnönü tərəfindən 1 aprel 1921-ci ildə TBMM sədri Mustafa Kamal Atatürk telegrafla bildirdi.[6][7]
Nəticə
[redaktə | mənbəni redaktə et]İkinci İnönü döyüşü Türk qüvvələrinin qalibiyyəti ilə başa çatdı. Yunan ordusu İnönü mövqelərindən geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüşdə Türk ordusu 44 zabit və 637 əsgər öldü. 102 zabit və 1720 əsgər yaralandı, 10 zabit və 1359 əsgər itkin və əsir götürüldü, 3 əsgər edam edildi. Yunan qüvvələri isə 53 zabit və 669 əsgər öldü, 149 zabit və 2874 əsgər yaralandı, 9 zabit və 384 əsgər itkin və əsir götürüldü.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İsmət İnönünün Lozannadakı müsahibəsi". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
- ↑ "KurtuluşSavaşı.Ord - Savaşlar və Anlaşmalar: Qərb Cəbhəsi". 2011-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
- ↑ Επίτομος Ιστορία Εκστρατείας Μικράς Ασίας 1919-1922 (One Volume History of the Campaign in Asia Minor 1919-1922), History Department of Army, Athens 1967, page 116
- ↑ "İkinci İnönü Müharibəsi". 2015-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
- ↑ Sebahattin Selek; Anadolu İhtilali, Ankara, 1968, s.233. Harp Tarihi Vesikalar Dergisi; s.55,Vesika No:1255.
- ↑ Nutuk, Ankara, 1982, c:2, s.394.
- ↑ Selahattin, Türk Kurtuluş Savaşında İkinci İnönü Meydan Muharebesi, İstanbul, 1933. 90 sayılı Askerî Mecmua'nın eki, s. 140, Nutuk, c.2, s.394.