İbrahim bəy Qədimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İbrahim bəy Qədimov
İbrahim bəy Məşədi Qədim bəy oğlu Qədimov
bayraq
Qazax qəza rəisi
bayraq2
Vəzifədədir
1908-ci ildən
ƏvvəlkiMəşədi Qədim bəy
«Ataman» rütbəsi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Naxçıvan, Azərbaycan
Rütbəsi polkovnik

İbrahim bəy Qədimov — Naxçıvanda qəza rəisi (1908)[1] 1918-ci ildə qəza komissarı olmuşdur. Polkovnik

İbrahim bəy ilk təhsilini Naxçıvanda almış, sonralar isə İrəvanda, Tiflisdə və Kutaisidə oxumuşdur. Arxiv sənədlərinə əsasən deyə bilərik ki, o, 1908-ci ildə qəza rəisi, 1918-ci ildə qəza komissarı olmuşdur. Sənəddə bildirilir ki, İbrahim bəy o zaman öz süvari dəstəsi ilə Naxçıvana hücum edən erməni daşnaklara qarşı igidliklə döyüşmüşdür. İbrahim bəy Qədimov 2 avqust 1918-ci ildə Şərur nahiyəsi müdirliyinə təsdiq olunur. 1918-1920-ci illərdə Qars vilayətində Türkiyəni işğal etmək istəyənləri döyüş meydanında qarşılamışdır.

Döyüşlərdə qazandığı Naxçıvan və Qarsda az müddət ərzində şöhrətləndirir. Məlum mənbələrə görə deyə bilərik ki, Naxçıvanın hərb tarixində 3 hərbçi Rusiyanın xüsusi «Ataman» rütbəsini daşıyıb: - general mayor Ehsan xan Naxçıvanski, tam süvari generalı İsmayıl xanın oğlu polkovnik Aman xan və polkovnik ibrahim bəy Qədimov.