České dráhy

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
“České dráhy” Qapalı Səhmdar Cəmiyyəti
Ölkə: Çexiya
Tipi: Qapalı Səhmdar Cəmiyyəti
Qərargahı: Praqa
Təsis etmə tarixi: 2003
Veb-saytı: cd.cz
ceskedrahy.cz

Çexiya Dəmir Yolları (çex. České dráhy, a.s., ČD) — Çexiyanın sərnişin daşıma üzrə dəmir yolu operatoru olan şirkət. Çexoslovakiyanın süqutu və Çexslovakiya Dəmir Yollarının (çex. Československé státní dráhy) parçalanmasından sonra meydana gəlmişdir. Beynəlxalq Dəmir Yolu Birliyinin (Çexiya üçün UIC-nin ölkə Kodu 54), Avropa Dəmir Yolları Birliyi və Dəmiryolları Əməkdaşlıq Təşkilatının (Asiya və Avropa) üzvüdür. İyirmi dörd min işçisi ilə işçilərin sayına görə ən böyük çex şirkətidir.

Ölkədə dəmir yollarının uzunluğu 9 441 km-dir. Üstəlik 96 km uzunluğa malik ensiz dəmiryolu xətti belə vardır. Dəmir yolunun reyslər arasındakı genişliyi 1 435 mm-dir.

Lokomativ parkına dizel mühərriki və elektrikli mühərriklə işləyən qatarlar daxildir. Sərnişin daşımalar elektrikli qatarlar, dizel-vaqonlar və rels avrobuslar (ČD Class 810) vastəsi ilə təşkil edilir.

1 iyul 2008-ci ilədək Çexiyanın ən iri işəgötürən şirkəti olmuşdur. Daimi itkilərlə üzləşdiyinə görə, hökumət subsidiyası ilə fəaliyyət göstərirdi.

2008-ci ildə České dráhy şirkəti tərəfindən 175,2 mln sərnişin daşınmışdır[1].

2015-ci ildə xalis gəlirləri - 1,35 milyard kron, 2016-ci ildə isə - 882 mln kron təşkil etmişdir. 2016-ci ildə sərnişin daşımadakı zərər əvvəlki 1,42 milyard krondan 644 milyon krona gerilədi. Yük daşımadan əldə edilən xalis gəlir isə 2016-cı ildə 359 mln krondan 935 mln krona qədər artmışdır.[2]. 2014-cü ildə Pavel Krtek şirkətin idarə heyətinin sədri seçilmişdir.

Əlaqədar ölkələrlə dəmiryol əlaqələri

[redaktə | mənbəni redaktə et]
  • Dəmir yolunun reyslər arasındakı genişliyi 1 435 mm-dir.
    • Avstriya Avstriya — gərginlik dəyişimi (25 kV / 15 kV ).
    • Almaniya Almaniya — gərginlik dəyişimi (3 kV /15 kV).
    • Polşa Polşa — gərginlik (3 kV).
    • Slovakiya Slovakiya — gərginlik dəyişimi (3 kV / 25 kV).

Çexiya ərazisində ilk dəmir yolu xətti 1837-ci ildə çəkilmişdir. Kayzer Ferdinand Şimal Yolu olaraq qeyd edilən yol Vyananı Xarkovla birləşdirirdi[3].

  1. «iDNES.cz», «České dráhy loni přepravily o sedm milionů pasažérů méně», 8 марта 2009 Arxivləşdirilib 2009-03-12 at the Wayback Machine (çex.)
  2. «E15.cz», «České dráhy v téměř miliardovém zisku, pomohla hlavně nákladní doprava», 28 апреля 2017 Arxivləşdirilib 2017-04-28 at the Wayback Machine (çex.)
  3. "Çexiyanın dəmir yolları". 2019-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.