39°46′26″ şm. e. 46°38′05″ ş. u.HGYO

Şırlan

Vikipediya, azad ensiklopediya
Verman1 (müzakirə | töhfələr) (clean up, replaced: həmdə → həm də) tərəfindən edilmiş 19:07, 5 sentyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Şırlan
39°46′26″ şm. e. 46°38′05″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şırlan xəritədə
Şırlan
Şırlan

ŞırlanAzərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şırlan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır.[2] Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir.

Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar. Deyilənə görə, Teymurləng də buradan keçib.

XIX əsrdə bu torpaqda bitən ardıc və palıddan konyak hazırlamaq, təbii boyaqlarda istifadə etmək üçün fransız milyonçusu Şapon “Qırx qız”ın ətəklərinə yol çəkdirib. Həmin yolun izləri indiyədək qalırdı və el arasında “Şapon yolu” adlanırdı.

Kənd qədim yaşayış məskənlərindən biri olub, onun ərazisindən tapılmış iri saxsı küpələr, torpaq və gildən düzəldilmiş qadın bəzək və məişət əşyaları, üçmərtəbəli qəbirlər, nəhəng insanın bazu, kəllə və qıç sümüklərinin qalıqları, sümük üzərinə çəkilmiş insan şəkilləri və s. bunu sübut edir. Təəssüf ki, həmin maddi-mədəniyyət abidələri qorunub saxlanılmayıb. Uçqunların, yer sürüşmələrinin altında qalan məzarlar, qəbir daşları çox-çox qədimlərdən xəbər verirdi.

1992-ci il mayın 10-da Şuşanın işğalından iki gün sonra Şırlan erməni quldur birləşmələri tərəfindən tamamilə dağıdılaraq xarabazara çevrilib.

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Kənd Sarıbaba dağının ətəyində yerləşir. Şırlan kəndi sağdan Qırxqız dağına, soldan Sarıbaba yaylağına, arxası isə Ağqayaya söykənir, dəniz səviyyəsindən 1700-1800 metr yüksəklikdə yerləşir.

Şırlan çayı 30-40 kilometr məsafə qət edərək Qarqar çayına qovuşur. Təbiəti və havası təmiz, suyu olduqca safdır. Məşhur turş su ilə yanaşı, burada kükürd suları, çoxlu bulaqlar, zümrüd meşələr, zəngin fauna və flora örtüyü, qiymətli bitki aləmi, heyvan və quşlar aləmi ilə yanaşı, civə və digər faydalı qazıntılara malik olub.

Bu kənd həm də özünün uzunömürlü sakinləri ilə də tanınıb. Kənd sakinlərindən Sənəm Allahverdiyeva (130), Cabbar Çobanov (125), Ağalar Babayev, Nəsib Çobanov, İsa Qasımov, Səkinə Abbasova (120), Fatma Babayeva (115), Cəlal Quliyev (109), Şirin Əhmədova (107), Nənəxanım Ramazanova, Əkbər Əliyev, Əbülqasım Abbasov, Gülül Həsənova, Cəmil Əhmədov (105), Həmid Məmmədov, Paşa Hüseynov (100) il ömür sürüblər. Kənd sakinlərindən Həsən Səmədov 97, Usub Ramazanov 96, Gözəl Səmədova, Firəngiz Hüseynova (95), Züleyxa Həsənova 90 il yaşayıblar.

Hazırda həm Şırlan kəndinin həm də Şuşa rayonun ən yaşlı sakini, eyni zamanda 2-ci dünya müharibəsi veteranı Sarı Həsənov bu il 100 yaşını qeyd etdi.

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  2. Şırlan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.