Yenisey
Yenisey çayı | |
---|---|
evenk Ионесси, xak. Ким, tıva Улуг-Хем | |
| |
Ölkə | Rusiya |
Mənbəyi | Tıva, İder |
• Yüksəkliyi | 619,5 m |
Mənsəbi | Yenisey körfəzi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 3487 km |
Su sərfi | 19.800 m³/s |
Hövzəsinin sahəsi | 2580000 km² |
|
|
DSR[rus.] | 17010300112116100000014 |
Vikianbarda əlaqəli mediafayllar |
Yenisey (rus. Енисе́й), (evenk Ионесси «böyük su», xak. Ким, tıva Улуг-Хем «böyük çay», və Ene-Say (Ana-çay), nen. Енся’ ям’ — Dünyanın və Rusiyanın ən uzun və gursulu çaylarından biri. Şimal Buzlu okeannın Kara dənizinə tökülür. Çayın uzunluğu 3487 km təşkil edir.
Adı
Bəziləri bu adın evenklərin «İonnesi» sözündən törəmısini bildirərək böyük su olmasını deyir. Sibiryaklar çayı «Yenisey Ata»[1][2][3][4] adlandırırlar
Coğrafiyası
Böyük Yenisey və Kiçik Yenisey çaylarının birləşməsindən meydana gələn çay. Çayın uzunluğu 3487 km, Kiçik Yeniseylə birlikdə isə 4287[5] km, Böyük Yeniseylə birlikdə 4092 (4123)[6] km təşkil edir. Su yolunun uzunluğu: İder çayı — Selenqa — Baykal gölü — Anqara çayı — Yenisey olaraq 5550 km təşkil edir. Çayın hövzəsinin sahəsi 2580 min. km² olaraq, Rusiyada Ob çayından sonra ikincidir. Yenisey Qərbi Sibir ilə Şərqi Sibir arasında təbii sərhəd rolunu oynayır. Sol sahilində Qərbi-Sibir düzənliyi başa çatır. Sağ sahili boyunca tayqa meşələri yayılmışdır. Sayan dağlarından [[Şimal Buzlu okean sahillərinə qədər ardıcıl bir necə coğrafi qurşaq keçir. Üstəlik Sibirin bütün iqlim qurşaqlarından keçir. Onun yuxarı axarlarında dəvə, aşağı axarında isə ağ ayı yaşayır.
Yenisey çayı Qızıl şəhərindən başlayır. 188 km məsafədə Yuxarı Yenisey (Uluq-Xem) adı ilə axır. Bu hissələrdə çayın eni 100–650 m arasında dəyişir, dərinliyi isə 4—12 metr təşkil edir. Şaqonardan Sayano-Şuşensk su anbarı başlayır. Burada bəbdin sayəsində eyni adlı SES fəaliyyət göstərir. Xemçik çayını buradan qəbul edən Yenisey birdən şimala istiqamətlənir. 290 km məsafədə Qərbi Sayan dağları arasından keçir. Sayano-Şuşensk SES birqədər qsrşıda Mayskoe su anbarı başlayır. Mayskoe SES olan hissədə isə anbar bitir. Abakan çayı Yeniseyə birləşdikdən sonra Krasnoyarsk su anbarı başlayır. Anbarın uzunluğu 360 km təşkil edir. Qarşısında olan bənddə SES yerləşir. Şərqi Sayan ərazisindən keçərkən dərələrin eni 5 km, çay yatağının eni isə 500 metr təşkil edir. Kranoyarskdan Anqara çayı mənsəbinə qədər Yeniseyin yatağı genişlənir və çay dağ çayı xüsusiyyətini itirir. Anqara çayının töküldüyü yerdən isə dağ çayına çevrilir. Yenisey çayının eni Aşağı Tunquska çayının mənsəbində 40 km, Dudinka və Ust-Port şəhərləri yaxınlığında isə 150 km təşkil edir. Aşağı axarlarda çay adalar arası axaraq çoxlu qollar əmələ gəlirir: Oxotski Yenisey, Daş Yenisey, Böyük Yenisey və Kiçik Yenisey. Burada ümumi yataq 50 km-dir. Ən aşağı axarda isə Yenisey körfəzini əmələ gətirir. Buradan isə Kara dənizinə axır.
Hidrologiya
Yenisey qar suları ilə qidalanan çaylar sırasına daxildir. Qar suları qidalanmada 50 %, yağış 36—38 %, yeraltı sular isə 16 % iştirak edir. Çayın donması oktyabrın əvvəllərinə təsadüf edir. Orta axarlar (Krasoyarskda) noyabr ayında, dağlıq ərazilərdə isə noyabr ayının sonundan dekabrın əvvəllərindən başlayır. Yeniseydə gursululuq dövrü may bəzən isə apreldən başlayır və iyun ayına qədər davam edir. Orta axarlar yuxarı və aşağı axarlara nisbətdə daha tez buzdan azad olur. Aşağı axarlarda buzlar toplanaraq toroslar əmələ gətirir. Yeniseyin yuxarı axarlarında su sərfiyyatı (Kızıl) 1009 m³/s[7], Sayanoqorskda 1484 m³/s[8], Krasnoyarsk SES 2723 m³/s[9], Krasnoyarsk rayonunda 2864 m³/s[10], Yeniseykada 7724 m³/s[11], Podkamennaya Tunquska bitişdikdən sonra 10768 m³/s[12], İqarkada 18395 m³/s[13] Təşkil edir.
- Yeniseydə orta aylıq axın (m³/san), İqarkada 1936 - 1999 illər ərzində ölçülmüşdür.
İllik su axınına görə Yenisey Rusiyada birinci yeri tutur. İlik su axını mənsəbdə 19 800 m³/s təşkil edir.
Qolları
Yeniseyin əhəmiyyətli qolları: sol — Xemçik, Kanteqir, Abakan, Kem, Kas, Sım , Dubçev, Elaquy, Turuxan, Kiçik Xeta, Böyük Xeta, Tanama, Qryazxuna; sol — Us çayı, Kebej, Tuba çayı, Sıda, Sisim, Mana, Kan çayı, Anqsra çayı, Böyük Pit, Podkamennaya Tunquska, Baxta, Aşağı Tunquska, Kureyka, Xantayka, Dudinka çayı. Yeniseyə ümumi olaraq 500-dən çox çay tökülür. Onların ümumi uzunluğu 300 000 km-dir[14].
Yeniseyin su sərfiyyatına ən çox sol qollar təsir göstərir. Əsas Anqara və Aşağı Tunquska çayları onun su sərfiyyatının böyük qismini təşkil edir[15][16].
Ədəbiyyat
- Бурыкин А. А. Енисей и Ангара. К истории и этимологии названий гидронимов и изучению перспектив формирования географических представлений о бассейнах рек Южной Сибири // Новые исследования Тувы. 2011, № 2-3.
İstinadlar
- ↑ "Круизы". UN Member States Portal. 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
- ↑ Печёрская Т. Ф. "Конспект урока по чтению, 1-й класс". Фестиваль педагогических идей «Открытый урок». Издательский дом «Первое сентября». 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
- ↑ Долгополова М. "Наш удивительный красавец Енисей". Информационный туристический портал Красноярского края. 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
- ↑ Кузнецов Н. "Есть настоящая жизнь! или Как доплыть до Северного Ледовитого океана". Газета «Оренбургский университет». 2006-05-31. 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
- ↑ "Скиталец. Сервер для туристов и путешественников". 2011-08-23 tarixində arxivləşdirilib.
- ↑ "Промышленные ведомости. Открыты истинные истоки Лены и Енисея". 2011-08-23 tarixində arxivləşdirilib.
- ↑ Yenisey at Kyizyil
- ↑ Yenisey at Nikitino
- ↑ Yenisey at Krysnoyarskaya GES
- ↑ Yenisey at Bazaikha
- ↑ Yenisey at Eniseysk
- ↑ Yenisey at Podkamennaya Tunquska
- ↑ "Yenisey At Igarka" (ingilis). 2013-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-29.
- ↑ Великие реки России
- ↑ Angara At Tatarka, R-Arcticnet V4.0
- ↑ Nizhnyaya Tunguska at Fakt`Bolshoy Porog, UNESCO: Water resources