Xəlil Kut

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (İstinadlar) tərəfindən edilmiş 14:14, 20 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Xəlil Kut
türk. Halil Kut
Şəxsi məlumatlar
Doğum tarixi 1882[1] və ya 1881
Doğum yeri
Vəfat tarixi 20 avqust 1957(1957-08-20)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Qoşun növü piyada
Xidmət illəri 1905-ci ildən
Rütbəsi Mirliva, general-mayor
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəlil Paşa, Xəlil Kut (1882[1] və ya 1881, İstanbul[1]20 avqust 1957, İstanbul[1]) — Türkiyə hərbi xadimi, general.

Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur. Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk milliyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliyyət göstərmişdir.

Dönəmin hərbi naziri Ənvər Paşanın və qardaşı Qafqaz İslam Ordusunun başçısı Nuru Paşanın əmisi olmuşdur.

Xəlil Paşanın komandanlığı altında Səlmanu-Pak döyüşündə qələbə qazanan Osmanlı ordusu üçün Kut-ül-Amarəyə gedən yol açılmışdır. Sonrakı dövrdə isə Xəlil Paşanın rəhbərliyi ilə Bağdad cəbhəsində Osmanlı ordusunun əks həmlələri başlamışdır. Kut qəsəbəsinin azadlığı uğrunda mübarizə tarixi qələbə ilə başa çatmışdır. Qəsəbə kiçik olsa da strateji əhəmiyyəti çox böyük olmuşdur. Kut məğlubiyyəti 300 illik ingilis kibirinin qırılması demək idi. İngilislər tarixlərindəki ən ağır və alçaldıcı məğlubiyyətlərinə Kutda uğradılmışdılar.

Türk ordusunun və kəşviyyatının, manevrlərinə tap gətirə bilməyən ordu komandanı General Tavznt türklərlə razılaşmaq üçün onlara əvvəl 1 milyon Sterling , sonradan isə məbləği daha da artıraraq 2 milyon Sterling pul təklif etmişdi. Əvəzində isə türklər İngilislərin Kutu tərk etməsinə və Bəsrəyə keçməsinə izin verəcəkdi, lakin Xəlil Paşa təklifi rədd etmiş, türk ordusunun satılıq olmadığını bildirmişdir. Çarəsiz qalan general təslimiyyət elan edərək ağ bayraq qaldırmışdır. Belə ki, 13 000 ingilis əsgəri, 8 Generalı, 472 zabiti əsir götürülmüşdür.

Kut zəfərini Ənvər Paşaya müjdələmək üçün yazdığı məktubda Xəlil Paşa bu günün Osmanlı və İslam aləmi üçün çox önəmli olduğunu qeyd etmiş, əgər ikinci bir adı olsaydı onun Kut olmasını istədiyini bildirmişdir. Bununla da Xəlil Paşaya Kut ləqəbi verilmişdir.

  1. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #1047848120 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]