Xromosom

Vikipediya, azad ensiklopediya
Dexbot (müzakirə | töhfələr) (Removing Link FA template (handled by wikidata)) tərəfindən edilmiş 12:25, 14 oktyabr 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

XromosomDNTzülallardan əmələ gəlmiş hüceyrəvi struktur. Hüceyrə nüvəsinin daimi və mütləq vahidi sayılır. Boyanan cisimciklər deməkdir. Hüceyrənin daxili quruluşunu öyrənmək məqsədi ilə işlənilən əsas boyalarla rənglənir.

Xromosomum sxematik quruluşu

Hər bir canlı orqanizm kimi insan orqanizmi də milyardlarla hüceyrədən əmələ gəlir. Hüceyrə bütün canlı formalarının ən kiçik vahididir. Eukariot hüceyrələr sitoplazma və nüvədən meydana gəlir. Nüvənin içində isə xromosom adı verilən ipə bənzər cisimciklər vardır. Xromosomlar molekulyar strukturu yaxşı bilinən DNT ilə histon adlandırılan zülallarla yanaşı bir çox başqa zülal vasitəsi ilə mürəkkəb bir strukturdur.

Hüceyrənin bölünməsi dövründə xromosom ikiləşir və qız hüceyrələrinə bərabər miqdarda paylanır(Mitoz).

Xromosomların kəşfi, tədqiqi və sitogenetik öyrənilmə üsulları

Xromosom termini ilk dəfə 1888-ci ildə V. Valdeyer təkilf etmişdir. Xromosomlar mitotik bölünmə prosesində əsas boyaqlarla intensiv boyanma qabiliyyətinə malikdir. İlk dəfə 1848-ci ildə alman botaniki V. Qofmeyster tradeskansiya tozcuqlarının ana hüceyrələrini tədqiq edərkən xromosomları müşahidə etmişdir.

Xromosomların daha müfəssəl öyrənilməsi və təsviri mitotik bölünmənin kəşfi ilə əlaqədardır.

İnsan xromosomlarının tədqiqi F. Flemminqin (1882) elmi tədqiqatlarından başlamışdır. Belə ki, o gözün buynuz qişasında mitozu öyrənərkən xromatid cisimciklərini aşkara çıxarmışdır. Sonralar, insan xromosomlarının sayı, ölçüsü və morfoloji xüsusiyyətləri Vinivarter, T.Paynter, A.Q.Andres, M. S. Navaşin və b. tərəfindən öyrənilmişdir.

Həm klassik, həm də müasir tədqiqat üsullarının (elektron mikroskopu, sitofotometriya, radioavtoqrafiya və s.) tətbiqi sayəsində xromosomların morfologiyasının və hüceyrənin bölünməsi zamanı davranışının dərindən öyrənilməsi göstərdi ki, onlar genetik cəhətdən mürəkkəb, universal irsi vahidlər olub viruslarda, bitkilərdə və heyvanlarda təsadüf edilir.

Bitki və heyvan hüceyrəsi xromosomlarını öyrənmək üçün hüceyrələri intensiv bölünən toxumalardan hazırlanmış daimi və müvəqqəti preparatlardan istifadə edilir. Xromosomların öyrənilməsi üçün mitoz və meyoz bölünmələrin metafaza və ya anafaza mərhələləri daha əlverişlidir. Xromosomları aşkara çıxarmaq üçün müxtəlif toxuma kulturası üsullarından istifadə olunur. Burada məqsəd, mitozun, yaxud meyozun metafaza mərhələsində daha çox hüceyrə toplamaqdır.

Məsələn, hüceyrə bölünməsinin metafaza mərhələsində ləngitmək üçün toxuma kulturasının axromatin iy tellərini qıran və ya hərəkətini zəiflədən müxtəlif maddələr-kolxisin, vinblastin, vinkristin, yaxud kolsemid məhlulu əlavə edirlər.

Metafaza mərhələsində olan mitotik hüceyrələri toplamağın digər üsulu Stabbfild üsuludur. Həmin üsulun mahiyyəti ondan ibarətdir ki, metafaza mərhələsində olan qabın divarlarına, digər bölünmə mərhələlərindəki hüceyrələrə nisbətən zəif yapışır. Toxuma kulturasına hüceyrələrin şüşə ilə təmasını azaldan maddələr, məsələn, soyuq tripsin, yaxud versen qatılıqda metafaza hüceyrələrinin çıxımı 80%-dək artır.

Hüceyrədən xromosomlar ayırmağın növbəti mərhələsi hüceyrə qılafının dağıdılması, xromaosomların sitoplazmada bərabər paylanması və sonrakı təmizlənməsidir. Hüceyrələri hipotonik məhlula saldıqda onların qılafı dağılır.

Şablon:Link GA