Təravih namazı

Vikipediya, azad ensiklopediya
Turkmenbot (müzakirə | töhfələr) (Xarici keçidlər: crosswiki standartlaşdırma) tərəfindən edilmiş 11:23, 12 yanvar 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Təravih namazı

Təravih namazıSünnilər tərəfindən Ramazan ayında qılınan müstəhəb namaz. "Qiyam-ı Ramazan" adı ilə də tanınır.

Tənqidlər

Türkiyəli alim, sabiq millət vəkili Prof. Dr. Yaşar Nuri Öztürkə görə İslamda təravih deyə bir namaz yoxdur.

Türkiyəli alim Prof. Dr. Əbdüləziz Bayındıra görə təravih namazı Ömər ibn Xəttabın xilafəti zamanından qılınır və Məhəmməd peyğəmbər belə bir namaz qılmayıb.

Türkiyənin keçmiş Diyanət İşləri Naziri Prof. Dr. Süleyman Atəşə görə isə Məhəmməd peyğəmbər həyatı boyunca belə bir namaz qılmayıb.

Türkiyə Diyanət Fondu Yayım idarəsi başçısı Prof. Dr. Sayim Yeprəmə görə isə belə bir namaz var lakin Məhəmməd peyğəmbər məsciddə qılın deməyib.

[1]

Haqqında nəql olunan kəlamlar

Bir gün İbn Ömərin yanına bir kişi gəldi və soruşdu: (Ey İbn Ömər) Ramazan ayında imamın arxasında namaz ("Təravih namazı") qılmaq olarmı? İbn Ömər cavabında soruşdu: Sen Quran oxuyursanmı? Kişi: Bəli - deyə cavab verdi. İbn Ömər isə: Bəs onda uzunqulaq kimi nə susub gözləyirsən?! Get evində namaz qıl (yani Təravih namazını camaatla qılmaq ucun məscidə getmə).[2]

Əbu Hüreyrə nəql edir ki, Peyğəmbər (s) buyurdu: "Kim Ramazanı iman və onun dəyərini bilməklə keçirərsə, keçmiş günahları bağışlanacaq". İbn Şəhab deyir ki, Peyğəmbər (s) dünyasını dəyişəndən sonra, Əbu Bəkrin xilafəti və Ömərin xilafətinin ilk illərində Ramazan Peyğəmbər (s) buyuran kimi yaşanırdı. Əbdurrəhman ibn Qari deyir ki, Ömər ibn Xəttabla birlikdə bir Ramazan gecəsi məscidə getdim. Məsciddə insanlar fərdi şəkildə namazlarını qılırdılar. Ömər dedi ki, mən bunları bir pişnamazın arxasına yığsam (camaat namazı təşkil etsəm müt.), daha yaxşı olar. Ayağa qalxıb camaatı Ubeyy ibn Kəəbin arxasına yığdı. Başqa bir gecədə məscidə getdiyimizdə artıq camaatın bir pişnamazla namaz qıldığını gördük. Bunu görən Ömər dedi: "Bu necə də gözəl bidətdir!".[3]

Təravih namazının əsasını ilk dəfə 14-cü ildə Ömər ibn Xəttab qoymuşdur. Bu hədisi Beyhəqi Ürvədən nəql etmişdir.

İlk qunut tutan Ömər idi və bu Ramazan ayının ikinci yarısında olub. Bu hədisi İbn Əbi Şeybə Attadan nəql edib.

Həmçinin İbn Əbu Şeybə İbn Ömərdən nəql edir ki, Ramazan ayında insanları ilk dəfə namaza (Təravih) cəm edən Ömər ibn Xəttab olub. O camaatı Ubay ibn Kəbin arxasında yığdı.[4]

İstinadlar

  1. Öztürk: "İslamda teravih namazı yok" farklihaber8.com[ölü keçid]  (türk.)
  2. Əbdürrəzzaq Sənani, "Müsənnəf", c. 4, səh. 264, hədis 7742
  3. Buxari, "Səhihi Buxari", c. 3, səh. 100, bab 156: "Ramazanı gözəl şəkildə keçirən şəxsin fəziləti", hədis 256
  4. Cəlaləddin Süyuti, "əl-Vəsail fi Marifətil avail", "Babus-Siyam", "Nədəsə birinci olanlar haqqında" kitab, "Orucluq" babı, səh. 47

Xarici keçidlər