Riffli fəvvarəsi
Riffli fəvvarəsi | |
---|---|
Ryfflibrunnen | |
46°56′58″ şm. e. 7°26′33″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1545 |
Material | daş[d], metal |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Riffli fəvvarəsi (alm. Ryfflibrunnen, ([ˈrifːli])) İsveçrənin Bern şəhərinin Aarbergerqasse küçəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[1].
Tarix
[redaktə | mənbəni redaktə et]Arbalet kapitanın heykəli ilə bəzədilmiş fəvvarənin layihəsi Hans Ginqin köməkçiləri tərəfindən tərtib edilmişdir. Döyüşçüyə silisiumlu tüfənglə silahlanmış kiçik ayı yoldaşlıq edir. Bu fəvvarə XIV əsrə aid və şəhərin mərkəzində yerləşmiş qədim taxta fəvvarənin yerində, 1545-ci ildə ucaldılmışdır. XIX əsrin ortalarınadək fəvvarə Qolatenmattqassbrunnen adı ilə məşhur idi. Fəvvarənin indiki adı isə, çox guman ki, Laupen döyüşü zamanı məqsədönlü şəkildə III Yordanı qətlə yetirmiş əfsanəvi atıcı Rifflinin adından götürülmüşdür. Sakinlər iddia edirlər ki, heykəli yaratmaq təşəbbüsü hələ çox qədim zamanlarda, düşman qoşunlarının Bern qalasını alan zaman yaranmışdı. Bundan başqa digər fərziyyələrə əsasən, heykəlin siması həddindən artıq kapitan Anton Güderə bənzəyir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Kantonsliste A-Objekte:Bern" (PDF). KGS Inventar (German). Federal Office of Civil Protection. 2009. 18 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 July 2010.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Infos zum Ryfflibrunnen auf g26.ch Arxivləşdirilib 2011-10-10 at the Wayback Machine
- Kapitel "Ryfflibrunnen" in Band 1 der "Kunstdenkmäler des Kantons Bern" Arxivləşdirilib 2016-01-08 at the Wayback Machine