Lyuis funtu
Lyuis funtu | |
---|---|
Dövriyyə ərazisi | |
Emitent ölkə | |
Tarixi | |
Dövriyyəyə buraxılma | sentyabr 2008 |
Lyuis funtu — Böyük Britaniyanın Lyuis şəhərində istifadə edilən regional valyuta. Digər regional valyutaların istifadəsi təcrübəsindən istifadə edərək şəhər şurası onun 2008-ci ilin sentyabrından dövriyyyəyə buraxılmasına razılıq verdi. Qərarın iqlimin dəyişməsi və neftin qiymətinin artmasından yaranan problemlərin aradan qaldırılması məqsədilə qəbul edildiyi bildirilirdi.
Tarixi
Lyuis ilk dəfə öz valyutasını 1789-cu ildə buraxıb, ancaq 1895-ci ildə digər regional valyutalarla birgə buraxılışı dayandırılıb.[1] Onun buraxılışı kütləvi informasiya vasitələrində uzun müddət müzakirələrdən sonra 2008-ci ilin sentyabrında bərpa edilib.
3 iyul 2009-cu ildə elan edildi ki, onun buraxılışı davam etdiriləcək. £ 5, £ 10 və £ 21 dəyərli funtların buraxılışı üzərində iş gedir.[2]
Dəyəri
1 Lyuis funtu 1 funt sterlinqə bərabərdir və Lyuisin 130 mağazasında qəbul edilir (dövriyyəyə buraxılanda onların sayı 70 idi).[3]
İstinadlar
- ↑ "Lewes Pound great value with 10% off". The Argus. 2008-09-09. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- ↑ "New notes boost town's currency". BBC News Online. 2009-07-03. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2009.
- ↑ "Barter economy". BBC. 2009-01-24. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.