Kiçik qu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kiçik qu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Yarımnöv:
Kiçik qu
Beynəlxalq elmi adı

Kiçik qu (lat. Cygnus columbianus bewickii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinin amerika qu quşu növünə aid heyvan yarımnövü.

Nadirdir.

Təhlükə həddinə yaxındır (EN). Qorunma tədbirləri görülməsə nəslinin kəsilmə təhlükəsi yarana bilər.

Harayçı quşa oxşasa da ondan kiçikdir. Ümumi rəngi ağ, ayaqları və dimdiyi qaradır. Diri kütləsi 5-6,5 kq, qanadının uzunluğu 48-56 sm, pəncə lüləsi 10-11 sm-dir [3].

AvropaOrta Asiyada qışlayır. Tundrada yuvalayır. Azərbaycanda Xəzər dənizinin sahillərində və daxili su hövzələrində qışlayır [3].

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda nadir hallarda qışlayan quşdur. Harayçı qu quşları toplaşdığı və yemləndiyi ərazilərdə müşahidə edilir. Fısıldayan qu quşları olan su hövzələrində olmur. Onlar tərəfindən sıxışdırılır. Qışlama dövründə kiçik sürülər əmələ gətirir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yuvalama ərazilərində su-bataqlıq biotoplarının çoxu qurudulub. Qışlama yerlərində fısıldayan qu quşu tərəfindən sıxışdırılır. Brakonyerlər tərəfindən bəzən ovlanır, qamış pişiyi və çaqqalın hücumlarına məruz qalır.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

AEWA sazişinə, Ramsar, Bern, Bonn konvensiyalarına və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisində qışlamağa məskunlaşdığı yerlərdə narahatlıq yaradan amillərin, balıq tutulmasının, sahildə qamış zolaqlarının yandırılmasının qarşısı alınmalıdır.

  1. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  2. World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4
  3. 1 2 Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, 420 s.