III Mustafa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
III Mustafa
31 oktyabr 1757 – 21 yanvar 1774
ƏvvəlkiIII Osman
SonrakıI Əbdülhəmid
Şəxsi məlumatlar
Doğum tarixi 28 yanvar 1717(1717-01-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 yanvar 1774(1774-01-21)[1][3] (56 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası III Əhməd
Anası Əminə Mehrişah Sultan
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Mustafa (osm. مصطفى ثالث‎ — Mustafa-i sâlis) (28 yanvar 1717[1][2][…], Ədirnə Sarayı, Ədirnə21 yanvar 1774[1][3], Topqapı sarayı, İstanbul) — 26-cı Osmanlı sultanı və 105-ci İslam xəlifəsi.

Şahzadəlik illəri

[redaktə | mənbəni redaktə et]

28 yanvar 1717-ci ildə cümə axşamı günü Ədirnə sarayında dünyaya gəldi.[4] Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Əminə Mihrişah Sultandır. Dünyaya gəlişi səbəbilə sarayda şənliklər təşkil edildi və anasına dəyərli hədiyyələr verildi.[5] 18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə sünnət edildi.[6] 23 gün davam edən bu şənliklər əsnasında dövrün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed bəy də sünnət edildi. 8 oktyabr 1721-ci il çərşənbə günü İncili köşkdə baş tutan mərasimin ardından qardaşları Süleyman, Mehmed və Bəyazidlə birlikdə ilk təhsilinə başlayan Şahzadə Mustafa dini təlimlə yanaşı, hüsnxətt üzrə xəttat Vəliüddin Əfəndidən də dərs aldı.[7] Vəliüddin Əfəndi gələcəkdə yüksələrək, səltənəti dövründə şeyxülislamlığa təyin edildi.[8] Uşaqlıq illəri Lalə dövrünün məşhur əyləncə və saray mərasimlərində keçən Şahzadə Mustafa bütün bu mərasimlərdə digər qardaşlarıyla birlikdə atasının yanında yer aldı.

2 oktyabr 1730-cu ildə baş tutan, başda sədrəzəm Nevşəhərli İbrahim Paşa olmaqla bir çox mühüm dövlət adamının öldürülməsi və atası Sultan Əhmədin taxtdan endirilməsiylə nəticələnən Patrona Xəlil üsyanıyla bu eyş-işrət və əyləncə dövrü başa çatdı.[9] Üsyançılar tərəfindən taxta çıxarılan Sultan Mahmuda ilk biat edənlər isə atası Sultan Əhməd və oğulları oldu. Ardından Şahzadə Mustafa atası və qardaşlarıyla birlikdə Topqapı sarayının Şimşirlik bölümünə həbs edildi.[10][11] Anası Əminə Mihrişah Sultan və sabiq padşahın digər hərəm nümayəndələri isə Köhnə saraya sürgün edildi.

Sarayın Şimşirlik bölümündə keçən illəri ailə fərdlərinin sırayla vəfatı və tutulan yaslarla keçdi. İlk öncə 1732-ci ildə anası Əminə Mihrişah Sultan, bacıları Ümmüsələmə və Ümmügülsümlə qardaşı Süleyman, ardından 1733-cü ildə bacıları Fatma və Əminəylə qardaşı Seyfəddin, 1736-cı ildə atası Sultan Əhməd, 1738-ci ildə isə bacıları XədicəAtikə vəfat etdi. Bu ölümlər arasında ən mühümü isə özündən 3 həftə böyük olan və taxta vəliəhd olaraq görülən qardaşı Şahzadə Mehmedin 22 dekabr 1756-cı ildə şübhəli şəkildə ölümü oldu.[12][13] Yayılan saray şayələrinə görə, Sultan Osman tərəfindən taxtına təhlükə olaraq görülən Şahzadə Mehmed sədrəzəm Bahir Mustafa Paşanın vasitəsilə zəhərlənərək öldürülmüşdü. Bu ölüm Şahzadə Mustafanı vahiməyə salsa da, taxt sıralamasında onu önə daşımış, beləcə taxtın vəliəhdi olmuşdur.

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

Uzun müddətdir davam edən xəstəliyinin ardından Sultan Osman 30 oktyabr 1757-ci ildə gecə saatlarında vəfat etdi.[14] Xəbəri olan sədrəzəm Raqif Paşa dərhal Topqapı sarayına gələrək şeyxülislam Feyzullah Əfəndi, kaptan-ı dərya Əli Paşa, yeniçəri ağası Çələbi Mehmed ağa, AnadoluRumeli qazəsgərlərini saraya çağırdı. Qısa müzakirənin ardından Darüssəadə ağası Əhməd ağa tərəfindən tutulduğu Şimşirlik bölümündən çıxarılan Şahzadə Mustafa sarayın Sünnət otağına gətirildi və burada biat mərasimi keçirildi.[15] Səhər saatlarında Babüssəadə qapısı önünə taxt çıxarıldı və ənənəvi cülus mərasimiylə Sultan Mustafanın taxta çıxarıldı elan olundu. Ardından mərhum padşah Sultan Osmanın cənazə mərasiminə qatılan Sultan Mustafanın qılınc qurşanma mərasimi 3 noyabrda ənənəyə sadiq qalınaraq Əyyubsultan məscidində baş tutdu.[16] 8 noyabr günü cülus bəxşişi paylandı.

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Mustafa III // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Sultan (seit 1757) Mustafa // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Mustafà III // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. Râşid Mehmed Efendi, Târîh-i Râşid ve Zeyli, C. 2, Haz. Abdülkadir Özcan vd., Klasik Yayınları, İstanbul 2013, s. 1050
  5. Dündar Alikılıç, İmparatorluk Seremonisi, Tarih Düşünce Kitapları, İstanbul 2004, s. 168-169
  6. Hâfız Mehmed Efendi, Sûr-ı Hümâyûn, (Haz. Seyit Ali Kahraman), İstanbul Büyükşehir Belediyesi Kültür A.Ş. Yayınları, İstanbul 2016, s. 32-36
  7. Dündar Alikılıç, İmparatorluk Seremonisi, s. 181
  8. Şemdanizade, Mür’i’t-Tevârih, C. II.A, s. 37
  9. Destârî Sâlih Efendi, Destârî Sâlih Tarihi, Yayımlayan: Bekir Sıtkı Baykal, Türk Tarih Kurum Yayınları, Ankara 1962, s. 18
  10. Subhî Mehmed Efendi, Subhî Tarihi, Haz. Mesut Aydıner, Kitabevi Yayınları, İstanbul 2007, s. 33
  11. Abdi Efendi, Abdi Tarihi, Haz. Faik Reşit Unat, Türk Tarih Kurumu Yayınları, Ankara 2014, s. 52-56
  12. İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, C. 6, Türk Tarih Kurumu Yayınları, Ankara …, s. 372-378
  13. Hâkim Efendi, Tarih, s. 409-413
  14. Fikret Sarıcaoğlu, “Osman III”, DİA, C. 33, İstanbul 2007, s. 458
  15. Üzeyir Yıldırım, Osmanlılar’da Cülûs ve Buna Dair Bir Kaynak Eser, Mimar Sinan Güzel Sanatlar Üniversiesi Sosyal Bilimler Enstitüsü, Yüksek Lisans Tezi, İstanbul 2007, s. 24-25
  16. Abdülkadir Özcan, “Kılıç Alayı”, DİA, C. 25, Ankara 2002, s. 408-410
  • Uzunçarşılı, İsmail Hakkı (2003). Osmanlı Tarihi III. Cilt 1. Kısım: II. Selim'in Tahta Çıkışından 1699 Karlofça Andlaşmasına Kadar. Ankara: Türk Tarih Kurumu Yayınları. ISBN 975-16-0013-8.
  • Sakaoğlu, Necdet (1999). Bu Mülkün Sultanları. İstanbul: Oğlak Yayınları. ISBN 875-329-299-6. say.357–373
  • Kinross, Lord (1977). The Ottoman Centuries. İstanbul: Sander Kitabevi. ISBN 0-224-01379-8.(İngilizce)
  • Shaw, Stanford (1976). History of the Ottoman Empire and Modern Turkey. Vol.1 Empire of the Gazis: the Rise and Decline of the Ottoman Empire 1280–1808. Cambridge: Cambridge University Press. ISBN 0-521-29163-1. say.246–250 (İngilizce)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
III Mustafa
Doğum: 28 yanvar 1717 Vəfat: 21 yanvar 1774
Hakimiyyət titulları
Sələfləri 
III Osman

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

31 oktyabr 1757-21 yanvar 1774
Xələfləri 
I Əbdülhəmid
Sünni İslam titulları
Sələfləri 
III Osman

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
I Əbdülhəmid