Fərrux Zakirov

Vikipediya, azad ensiklopediya
83.170.101.203 (müzakirə) tərəfindən edilmiş 16:54, 9 iyun 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Fərrux Zakirov
özb. Фаррух Каримович Зокиров
özb. Farrux Karimovich Zokirov
Ümumi məlumatlar
Doğum tarixi 16 aprel 1946(1946-04-16) (78 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, müğənni, aktyor
Fəaliyyət illəri 1969-cu ildən
Janrlar estrada[d], folk-rok
Musiqi alətləri gitara
Səs tembri tenor, bariton
Üzvlüyü
Mükafatları Özbəkistan SSR xalq artisti People's Artist of the Republic of Tatarstan
"Dostluq" ordeni Order of El-yurt hurmati Shukhrat medal
Order of Friendship of Kyrgyzstan
"Fədakar xidmətlərə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərrux Zakirovözbəksovet estrada müğənnisi, bəstəkarıaktyoru. Yalla qrupunun yaradıcısı. Özbəkistanın Dövlət mükafatı laureatı. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın Mədəniyyət naziri. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiyaQaraqalpaqıstan respublikalarının xalq artisti.[1]

Həyatı

Fərrux Zakirov, 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir.[2] Onun atası Özbəkistan SSR xalq artisti (1939), Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olmuşdur. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olmuşdur. Onlar, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar.[2] Evlənən cütlüyün 5 oğlu və 1 qızı dünyaya gəlir: Batır, Luiza, Naufal, Cəmşid, Fərrux və Rövşən. Uşaqlar, Özbəkistanda sayılıb-seçilən incəsənət xadimlərinin əhatəsində böyüyürlər. Belə bir mühitdə böyüyən uşaqların mədəniyyətincəsənətə maraqları artır. Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişir.

Ailə

Filmoqrafiya

Filimləri İl
uz:Toʻylar muborak (film) 1978
ru:Какие наши годы! (фильм) 1980
Tangalik bolalar 1989
uz:Alpomish 1999
Taqdir 2003
Munis onam 2003
Майсара ты супер звезда

Maraqlı faktlar

Fərrux Zakirov, 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.

İstinadlar


Xarici keçidlər