30°21′40″ şm. e. 130°31′55″ ş. u.HGYO

Comon Suqi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yakuşima adasında yerləşən Comon Suqi ən yaxşı yapon kriptomeriyası ağacıdır.

Comon Suqi (縄文杉?)Yaponiyanın Kaqoşima prefekturasında yerləşən və yapon kriptomeriyası növündən olan ağac. 1993-cü ildə YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmiş Yakuşima adasında yerləşir. Yaşının 2.170–7.200 arasında olduğu təxmin edilir.[1]

Ağac 1966-cı ildə kəşf olunmuş və Yaponiyada davam etmiş Comon dövrünün adı ilə adlandırılmışdır. Ağaca xüsusi təbiət abidəsi statusu verilmişdir. 1993-cü ildə Yakuşima adasına YUNESKO-nun Dünya irsi statusunun verilməsindən sonra ağac dünyada tanınmağa başlamışdır.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Ağacın hündürlüyü 30 metr, gövdəsinin çevrə uzunluğu 16,1 metr təşkil edir. Digər yapon kriptomeriyası ağaclarından fərqli olaraq alçaq olması və gövdəsinin odun üçün əlverişli olmaması səbəbilə ağac əsrlər boyunca böyüyə bilmişdir.[1]

Comon Suqinin dəqiq yaşı məlum deyil. Aparılan ilkin araşdırmalar zamanı yaşının 7.200 olduğu təxmin edilmişdir. Lakin radiokarbon testi yaşının 2.170 olduğunu göstərmişdir. Ağacın mərkəzi hissəsinin çürük olması yaşının müəyyən edilməsini çətinləşdirir. Mütəxəssislər dəqiq yaş barədə razılığa gələ bilməsələr də, ən az 2000 yaşında olduğunda həmfikirdirlər.[1]

Ağac turist axınına məruz qaldığı üçün ətrafındakı torpaq eroziyaya uğramış, bitkinin zəifləməsinə səbəb olmuşdur. 1996-cı ildən etibarən ziyarətçilər ağacı 10 metr uzaqlıqda tikilmiş müşahidə nöqtəsindən izləyə bilirlər.[1] 2005-ci ildə vandallar ağacın gövdə qabığından bir parça kəsib oğurlamışdırlar.[2]

  1. 1 2 3 4 5 "Islands Apart: Three Ancient Woodland "Castaways"". Nippon.com (ingiliscə). 4 sentyabr 2017. 2024-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2024.
  2. "Vandals damage Japan's World Heritage tree". UPI NewsTrack. 25 noyabr 2005. 2018-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]