Arzqirski rayonu
Arzqirski rayonu | |
---|---|
45°22′25″ şm. e. 44°13′15″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 2 iyun 1924 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86560 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Arzqirski rayonu (rus. Арзгирский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi[4][5]. İnzibati mərkəzi Arzqir kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Rayon Stavropol diyarının şimal-şərq hissəsində yerləşir. Rayonun təbii şəraiti ümumilikdə sakit bir relyeflə xarakterizə olunur, çöl düzənlikləri dərələr və yarğanlar ilə əvəz olunur. Rayonda əsasən aşıq şabalıd torpaqlar yayılmışdır. Rayonda quraq iqlim hakimdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Arzqirski rayonu 1924-cü ildə Tersk dairəsinin tərkibində qurulur.
9 sentyabr 1929-cu ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti qərar verdi: Şimali Qafqaz ərazisindəki Stavropol rayonunun Türkmən dairəsinin Bayçara, Kamennaya Balka və Zavetnı qəsəbələri Tersk rayonunun Arzqirski dairəsinə verilməlidir.
Şimali Qafqaz regional icraiyyə komitəsinin 28 dekabr 1930-cu il tarixli qərarı ilə Arzqirski rayonu ləğv edildi, kənd sovetlikləri və yaşayış məntəqələri Prikum rayonuna verildi. 1935-ci ilin yanvarında ərazi yenidən qurulur.
1942-ci ildə Başantinski kənd sovetliyi Türkmən rayonundan Arzqirski rayonuna verilir.
13 yanvar 1943-cü ildə Arzqirski rayonu alman faşist işğalçılarından azad edilir.
1944-cü ildə Stavropol diyarının Priyutnenski rayonu ləğv edilir, şərq hissəsi, o cümlədən Baqa-Burulski, Cenjenkinovski, İki-Burulski, Mandjikinovski kənd sovetlikləri və Manıçeski qəsəbə kənd sovetliyi Arzqirski rayonunun inzibati tabeliyinə verilir.
1952-ci ildə Arzqirski rayonunun Nikolo-Aleksandrovski kənd sovetliyi Levokum rayonuna verilir. 1954-cü ildə Arzqirski və Başantinski kənd sovetlikləri Arzqirski kənd soveliyində birləşdirilir. Rodnikovski və Kamennobalkovski kənd sovetlikləri isə Rodnikovski kənd sovetliyində birləşdirilir.
2 noyabr 1956-cı ildə Türkmən rayonu ləğv edildikdən sonra ərazi Petrovski, Blaqodarnenski və Arzqirski rayonlarına verilir. Arzqirski rayonuna Kenje-Kulak kənd sovetliyi verilir (1969-cu ildə yenidən bərpa edilən Türkmən rayonua qaytarılır).
1959-cu ildə Stavropol diyarının Apanasenkovski rayonunun Xut-Xur kənd sovetliyinin bir hissəsi Arzqirski rayonuna keçir.
1 fevral 1963-cü ildə Arzqirski rayonu yenidən ləğv edilir (ərazinin Blaqodarnı Levokumski və Prikumski rayonlarına verilir) və 3 mart 1964-cü ildə yenidən bərpa edilir. Ona aşağıdakılar birləşdirilir: Prikumski rayonundan — Arzqirski, Petropavlovski, Novoromanovski və Rodnikovski kənd sovetlikləri; Levokumski rayonundan — Sadovski kənd sovetliyi; Blaqodarnenski rayonundan — Kendce-Kulak və Serafimov kənd sovetlikləri.
12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti Arzqirski kənd rayonu bir rayon halına gətirilməsinə qərar verilir.
16 mart 2020-ci ildən etibarən, Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 5-kz qanununa əsasən, Arzqirski rayonunun bütün bələdiyyələri Arzqirski bələdiyyəsi vahid bələdiyyə quruluşuna birləşdirilərək dəyişdirilmişdir.
Ərazi vahidi öz statusunu qorumuşdur.
Əhali
[redaktə | mənbəni redaktə et]- Cins tərkibi
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 12 515 kişi (47,59 %) və 13 783 qadın (52,41%) yaşayırdı[6].
- Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı
Millət | Say | % |
---|---|---|
ruslar | 19 357 | 73,61 |
darginlər | 3429 | 13,04 |
qumuqlar | 520 | 1,98 |
türkmənlər | 514 | 1,95 |
avarlar | 360 | 1,37 |
çeçenlər | 316 | 1,20 |
ermənilər | 303 | 1,15 |
digərləri[7] | 1499 | 5,70 |
Ümumi | 26 298 | 100,00 |
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Rayonun əsas iqtisadi sektoru 17 müəssisə və 224 təsərrüfatla təmsil olunan kənd təsərrüfatdır. 2006-cı ildə kənd təsərrüfatı işçiləri taxıl bitkilərindən rekord bir məhsul əldə etmişlər.
2006-cı ildə mal-qaranın sayı 4 536 baş olmuşdur: donuzlar — 2 197 baş, qoyunlar — 83 572 baş.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://docs.cntd.ru/document/461506269.
- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
- ↑ "Закон Ставропольского края «Об административно-территориальном устройстве Ставропольского края»". Электронный фонд правовой и нормативно-технической документации. 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ "Закон Ставропольского края «Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края»". Электронный фонд правовой и нормативно-технической документации. 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Ставропольстата. 2015-04-05 tarixində arxivləşdirilib.
- ↑ azərbaycanlılar (90), başqırdlar (7), beloruslar (55), qaquzlar (5), yunanlar (10), gürcülər (36), yahudilər (9), inquşlar (10), kabardinlər (25), kazaklar (17), qazaxlar (6), kalmıklar (11), qaraçaylar (21), koreyalılar (190), kürdlər (5), laklar (62), ləzgilər (37), marilər (5), molvovanlar (60), mordvalılar (8), almanlar (24), noqaylar (18), osetinlər (45), polyaklar (10), tabasaralılar (73), tatarlar (30), özbəklər (22), ukraynalılar (225), qaraçılar (218), çərkəzlər (5), çuvaşlar (10), digər millətin nümayəndələri (60), milliyyətini bildirməyənlər (107)
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Официальный сайт администрации Арзгирского муниципального района Ставропольского края".
- "Арзгирский муниципальный район". Портал органов государственной власти Ставропольского края.
- "Родной край". Межшкольная группа Арзгирского района Ставропольского края. Проект «Интернет-музей „Родной край“».