Aresibo
Aresibo (Arecibo) – Puerto-Rikoda şəhər və port. Əh. 93 min (1990). Şəkər sənayesi var; rom istehsal olunur. A. yaxınlığında ABŞ tərəfindən unikal parabolik radioteleskop (305 m) quraşdırılmış (1963), ionosfer və radioastronomik rəsədxana yaradılmışdır.[1]
İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 602. ISBN 978-9952-441-02-4.