Avlakogen
Avlakogen - platforma bünövrəsini kəsən iri yarıqlarla hüdudlanmış, yüksək mütəhərrikli, xətti çökək. Uzunluğu bir neçə yuz km, eni on km-lərlədir; adətən yaxınlıqda yerləşən geosinglinallarla sıx əlaqədə olur. Avlakogen təşkil edən çökmələr böyük qalınlıqlı (min m-ərlə) olub, adətən mürəkkəb qırışıqlar əmələ gətirir. Formasiya tərkibinə görə avlakogen miogeosinklinallara yaxındır. Sadə (sadə sinklinal quruluşlu qrabenlər) və mürəkkəb (qırışıqlıq sistemləri) avlakogen ayrılır. Eninə (qapalı) avlakogen bir tərəfi platformada tamamlanan (məsələn: Dnepr-Donets avlokoqeni), digər tərəfi isə platforma sərhədindən kənara çıxan strukturlar və iki tərəfə çıxan – yəni platformanı başdan-başa kəsib keçən strukturlar (məsələn: Şimal Amerikada Uaçita sistemi) daxildir. Avlakogen platformanın müxtəlif inkişaf mərhələlərində, adətən, erkən inkişaf mərhələsində əmələ gəlir. Məsələn: Şərq Avropa platformasında erkən avlakogen rifeydə, gec avlakogen isə orta-gec paleozoyda əmələ gəlmişdir. Yaxın terminlər: Qraben-sinekliz, Tafrosinekliz, Tafrogeosinklinal, Zevqogeosinklinal.
Mənbə
Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.