Mehrişah Sultan
Mehrişah Sultan | |
---|---|
7 aprel 1789 – 16 oktyabr 1805 | |
Əvvəlki | Şahsüvar Sultan |
Sonrakı | Aişə Səniyəpərvər Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1745 |
Vəfat tarixi | 16 oktyabr 1805 |
Vəfat yeri | |
Dəfn yeri | Mihrişah Sultan türbəsi |
Fəaliyyəti | qul[d] |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Mehrişah Sultan (1745 – 16 oktyabr 1805, İstanbul) — 26. Osmanlı sultanı III Mustafanın ikinci xanımı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Doğum tarixi tam olaraq bilinməsə də, 1745-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən genuyalı və ya fransız olması ilə bağlı məlumat yanlışdır. Gürcü pravoslav keşişin qızı idi və dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. Saraya alındıqdan sonra adı farsca "Günəşin şahı" mənasını verən Mehrişah olaraq dəyişdirildi. Saray hərəmxanasında "Gürcü gözəli" olaraq məşhurlaşmışdı. Saraya nə vaxt alındığı məlum olmasa da, 1758-ci ildə Sultan Mustafaya təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Hibətullah Sultan, Şahzadə Səlim, Şahzadə Mehmed və Fatma Sultan. İlk övladı Hibətullah Sultanın doğumu isə bütün paytaxt miqyasında şənliklərlə qeyd edilmişdi. Ancaq bu övladı və Mehmed adlı oğlu uşaq yaşlarında vəfat etmişdir.[2]
1774-cü ildə ərinin vəfatı ilə Köhnə saraya göndərildi. Oğlunun taxta çıxışına qədərki dönəmlə bağlı məlumat azdır. Ancaq Sultan Əbdülhəmidin ani vəfatının ardından oğlu 7 aprel 1789-cu ildə taxta çıxdı. İlk işi isə 15 ildir ki görmədiyi anasını möhtəşəm bir mərasimlə Köhnə saraydan Topqapı sarayına gətirmək oldu.
Validə sultanlığı dönəmində dövlət məsələlərindən uzaq qaldı və əsasən xeyriyyə işləriylə məşğul oldu. Oğlunun yeritdiyi Nizam-i Cədid islahatlarını dəstəklədi. Bundan başqa Sultan Səlim hərəmin validə sultanlara ayrılan bölümünü restovrasiya etdirdi və bu bölümdən anasının otağına birbaşa yol inşa etdirdi. Bu bölümün memarlıq xüsusiyyətləri və divar bəzəmələri XVIII əsr Osmanlı memarlığının ən gözəl nümunələridir.
Mehrişah Sultan oğlunun səltənəti dönəmində 1805-ci ildə vəfat etdi. Cənazəsi özünün inşa etdirdiyi Mihrişah Sultan türbəsinə dəfn edilmişdir.
Xeyriyyə işləri
[redaktə | mənbəni redaktə et]Gördüyü xeyriyyə işlərindən bəziləri aşağıdakılardır:
- Mehrişah Validə Sultan külliyəsi (1795)
- Sarıyerdə Arabaçı dərəsi üzərindəki Validə bəndi (1796)
- Ləvənd ordugahı məscidi (1801)
- Lağımçılar ordugahı məscidi (1801)
- Bəyoğlunda Mövləvi ocağı (1801)
- Sarıyerdə Mehrişah Validə Sultan çeşməsi (1805)
- Əminönündə Mehrişah Validə Sultan çeşməsi
- Mehrişah Validə Sultan məscidi
Övladları
[redaktə | mənbəni redaktə et]- Hibətullah Sultan (14 mart 1759 - 1 iyul 1762) — Məzarı Sultan Mustafa türbəsindədir.
- III Səlim
- Şahzadə Mehmed (10 yanvar 1767 - 12 oktyabr 1772) — Məzarı Sultan Mustafa türbəsindədir.
- Fatma Sultan (9 yanvar 1770 - 26 may 1772) — Məzarı Sultan Mustafa türbəsindədir
Mənbə
[redaktə | mənbəni redaktə et]- John Freely (2001). Inside the Seraglio: private lives of the sultans in Istanbul. Penguin.
- Kal'a, Ahmet; Tabakoğlu, Ahmet (2002). Vakıf su defterleri. İstanbul Araştırmaları Merkezi. p. 182.
- M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken. p. 159.
- Tarihtekiler. Mihrişah Valide Sultan
- Biyografya.com
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]