[go: up one dir, main page]

Məzmuna keç

Resept:Gülab

Vikikitab, açıq dünya üçün açıq kitablar

Gülab - Azərbaycanda qida məhsullarının hazırlanmasında (əsasən içkilərin və müxtəlif xörəklərin), toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə müxtəlif içkilərə qatılaraq susuzluğu yatırmaq üçün içilir.

Ümumi məlumat

[redaktə]

Gülab ayrıca içilən içki deyildir. Ondan yeyilən və içilən qidaların ətirli olması üçün istifadə edilir. Dörd kiloqram qızılgüldən altı litr əla keyfiyyətli gülab alınır.

Tərkibi

[redaktə]

Bu içkidən 6 litrt hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Qızılgül ləçəyi – 4 kq, su – 6 litrdən çox.

Hazırlanma qaydası

[redaktə]

Gülab çəkməkdən ötrü qızılgülü dərib, adi mis qazanın içərisinə yığır və gülün üst səthindən azacıq yuxarı qalxmaq şərtilə su tökürlər. Qazan ocağın üstünə qoyulur. Sonra qazanın ağzına gildən və ya misdən hazırlanmış əngənək adlanan qabı çevirib kip bərkidilir. Boş qalan yer səliqə ilə xəmirlənir. Bundan sonra əngənəyin böyründəki deşiyə, təxminən 1-1,5 metr uzunluğunda qamış (plasmas və ya xüsusi metal boru) taxılır. Qamışın (plasmas və ya xüsusi metal borunun) o biri başı isə soyuq suyun içərisinə qoyulmuş güyümün ağzına taxılır və ağacdan qayrılan "top" adlanan əşyanın deşiyinə bənd edilir. Bu əməliyyat qurtarandan sonra qazanın altı yandırılır və qızılgül qaynadılır. Beləliklə, qaynamaqda olan suyun buxarı əngəyinin və topun deşiyinə bənd edilmiş qamışın içərisindən keçərək güyümün içərisinə dolur və burada güyümün soyuq divarlarına toxunaraq gülaba çevrilir.