[go: up one dir, main page]

Məzmuna keç

əsas

Wiktionary saytından

azərbaycanca: əsas

Mənalar :

  1. Bünövrə, özül, bina, təməl. Evin əsası çox möhkəmdir. // məc. Bir şeyin özülünü, təməlini, özəyini təşkil edən şey; kök. Operanın əsasını xalq dastanı təşkil edir.
  2. Sif. mənasında. Başlıca, ən mühüm, zəruri. Əsas əlamət. Əsas səbəb. Əsas məsələ. Ağacın əsas budağı. Əsas qüvvələr. Əsas iş yeri. İnkişafın əsas mərhələsi. Əsas şərtlər. – Xilqətin əsası olan analıq duyğusunun bəzi qadınlara yabançı olması həyatın anlaşılmaz sirlərindən biridir. M.İbrahimov. Səriyyə xalanın Qərənfilə müştəri gözü ilə baxmasının əsas səbəbi Bahadır idi. S.Rəhman.
  3. Bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut. Qorxmağa əsası var. Əsas yoxdur. Hansı əsasla? // İstinad nöqtəsi.
  4. qram. Sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi.
  5. kim. Turşularla birləşəndə duz əmələ gətirən kimyəvi birləşmə. Qələvi əsaslar.
  6. riyaz. Həndəsi fiqurun hündürlüyünə perpendikulyar olan tərəfi. Üçbucağın əsası. ◊ Əsas etibarilə – əsasən, başlıca olaraq, ümumiyyətlə. C.Məmmədquluzadənin “Şərqi-Rus”dakı fəaliyyəti əsas etibarilə ədəbi xarakter daşımışdır. M.İbrahimov. Əsas götürmək (almaq, tutmaq) – bir əsas kimi qəbul etmək, əsaslanmaq. Siz mənim xahişimi əsas ala bilərsiniz. Mir Cəlal. Əsas kapital iqt. – kapitalın istehsal vasitələrinə sərf edilən hissəsi. Əsas qanun – konstitusiya. Əsası qoyulmaq – təsis edilmək, bünövrəsi, təməli, özülü qoyulmaq; başlanmaq. Əsasına qədər – tamamilə, bütünlükdə, büsbütün, kökündən. Əsasını qoymaq –bünövrəsini, özülünü, təməlini qoymaq; təsis etmək. ...əsasında durmaq, ...əsasını təşkil etmək – bir şeyin mənbəyi, onun əmələ gəlməsinin başlıca səbəbi olmaq.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]