[go: up one dir, main page]

Məzmuna keç

əfsanə

Wiktionary saytından

azərbaycanca: əfsanə

Mənalar :

  1. Nəsillərdən nəsillərə ağızda dolaşan və mövzusu çox zaman fövqəladə xarakter daşıyan hekayə, rəvayət; əsatir. Hind əfsanələri. Orta əsr əfsanələri. – [Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sönüb Cəmşidi-cəm, peymanə qaldı. H.Cavid. Bəşər xəyallara qapanıb hərdən; Təsəlli bulmuşdur əfsanələrdən. S.Vurğun. [Mirzə] bütün Şərq ayin, əfsanələrini bilməyi ilə hamının diqqətini cəlb edirdi. S.Rəhimov. // məc. Uydurma, nağıl, boş söhbət. Əfsanə danışma yar deyə-deyə; Bülbül, gül yanında xar deyə-deyə. Aşıq Pəri. [Sabbah:] Nə olur, böylə azıb getsə bəşər; Səncə, əfsanəmidir xeyr ilə şər? H.Cavid. Sevgilim, eşq olmasa varlıq bütün əfsanədir; Eşqdən məhrum olan insanlığa biganədir. Ə.Vahid.
  2. Dillərə düşmüş, geniş yayılmış vəqə, dastan, hekayət. Əbəs sözdür bu əfsanə; Düşübdür xalqın ağzına; Gərək Məcnun, gərək Leyla; Veribdirlər canın cana. Füzuli. Sən öz gözəlliyinlə; Sirr dolu əfsanələr; Nağıllar yaratmısan. B.Vahabzadə.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]