yardım
Görünüş
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | yardım | yardımlar |
Yiyəlik halı | yardımın | yardımların |
Yönlük halı | yardıma | yardımlara |
Təsirlik halı | yardımı | yardımları |
Yerlik halı | yardımda | yardımlarda |
Çıxışlıq halı | yardımdan | yardımlardan |
Kiril əlifbası : јардым Hecalama: yar-dım
Sinonim
[redaktə]Maddi yardım. Tibbi yardım. _ Yardım etmək (göstərmək)
Mənalar :[1]https://web.archive.org/web/20190328173814/https://azerdict.com/izahli-luget/yard%C4%B1m
- ↑
- birinə bir şeylə kömək etmək. Maddi cəhətdən yardım etmək. İşin öhdəsindən yaxşı gəlmək üçün ona yardım etmək lazımdır. – [Nüşabə:] ..Enməyə nər kimi coşqun Tərtər; Ən çətin gündə bizə yardım edər. A.Şaiq;
- əl tutmaq, maddi kömək etmək, müavinət göstərmək. Ehtiyacı olanlara yardım etmək. Pulla yardım etmək.
- Nida məqamında: yardım! – imdada, köməyə çağırış. Uzaqdan “Yardım! Yardım!” səsləri eşidildi. ◊ İlk yardım – gözlənilmədən xəstələnən, yaxud bədbəxt bir hadisəyə məruz qalan adama həkim gələnə qədər göstərilən ilk tibbi yardım. Təcili yardım – təxirsiz tibbi kömək tələb edən xəstələrə ilk tibbi yardım göstərən, habelə lazım gəldikdə onları müalicəxanaya aparmaqla məşğul olan tibb-sanitar müəssisəsi. Təcili yardım maşını. Təcili yardım stansiyası. – Əgər təcili yardım maşınında tez gətirib dava-dərman verməsəymişlər, uşaqlarım yetim qalacaqmış. M.Hüseyn.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | yardım | yardımlar |
Təsirlik halı | yardımı | yardımları |
Yönlük halı | yardıma | yardımlara |
Yerlik halı | yardımda | yardımlarda |
Çıxışlıq halı | yardımdan | yardımlardan |
Yiyəlik halı | yardımın | yardımların |