[go: up one dir, main page]

Məzmuna keç

toqquşmaq

Wiktionary saytından

azərbaycanca: toqquşmaq

Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən toqquşmuşdum toqquşdum toqquşuram toqquşacağam toqquşaram toqquşum toqquşam toqquşmalıyam toqquşasıyam toqquşsam Adlıq toqquşmaq
Sən toqquşmuşdun toqquşdun toqquşursan toqquşacaqsan toqquşarsan toqquş toqquşasan toqquşmalısan toqquşasısan toqquşsan Yiyəlik toqquşmağın
O toqquşmuşdu toqquşdu toqquşur toqquşacaq toqquşar toqquşsun toqquşa toqquşmalıdır toqquşasıdır toqquşsa Yönlük toqquşmağa
Biz toqquşmuşduq toqquşduq toqquşuruq toqquşacağıq toqquşarıq toqquşaq toqquşaq toqquşmalıyıq toqquşasıyıq toqquşsaq Təsirlik toqquşmağı
Siz toqquşmuşdunuz toqquşdunuz toqquşursunuz toqquşacaqsınız toqquşarsınız toqquşasınız toqquşasınız toqquşmalısınız toqquşasısınız toqquşsanız Yerlik toqquşmaqda
Onlar toqquşmuşdular toqquşdular toqquşurlar toqquşacaqlar toqquşarlar toqquşsunlar toqquşalar toqquşmalıdırlar toqquşasıdır toqquşsalar Çıxışlıq toqquşmaqdan


Mənalar :[1]https://web.archive.org/web/20140829150644/http://azerdict.com/izahli-luget/toqqu%C5%9Fmaq

    1. Qarşı-qarşıya hərəkət edərkən üz-üzə gələrək bir-birinə bərk toxunmaq, dəymək, çarpmaq. Qatarlar toqquşdu. – ..Hovuzun bu başından girib, o biri başına çatana qədər on adama toqquşursan. Çəmənzəminli. // məc. Aralarında ziddiyyət baş vermək; dalaşmaq, küsüşmək. Yenə də Şəfiqə ilə Zeynal toqquşdular. H.Seyidbəyli.
    2. Gözlənmədən təsadüf etmək, təsadüfən rast gəlmək, birdən rastlaşmaq, üz-üzə gəlmək. Komendant özünü itirmiş halda qayıdıb çölə çıxarkən qapıda Həkimülmülk və sərtib Səlimi ilə toqquşdu. M.İbrahimov.
    3. Üz-üzə gəlib vuruşmağa başlamaq; döyüşmək, vuruşmaq. Düşmənlə toqquşmaq.
    4. məc. Maraqları, mənafeləri, əqidələri, tələbləri müxtəlif olduğu üçün bir-biri ilə mübarizə aparmaq. [Saltik:] Şübhə yox, toqquşacaq xeyirlə şər. A.Şaiq. Gülşən indi toqquşan (f.sif.), çarpışan iki fikir arasında qalmışdı. Ə.Vəliyev.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]