[go: up one dir, main page]

Məzmuna keç

tədbir

Wiktionary saytından

azərbaycanca: tədbir

Mənalar :

  1. Bir işi görmək, həyata keçirmək üçün üsul(lar), vasitə(lər), yol(lar). Məhsuldarlığı artırmaq tədbirləri. Ərzaq problemini həll etmək üçün tədbirlər. Kütləvi tədbirlər. _ Tədbir tökmək (görmək) – bir şeyi əldə etmək üçün fikirləşib yollar aramaq, yol tapmaq. [Əsgər Süleymana:] İndi, aşna, bir iş də var, hərgah ona da bir tədbir töksən, onda bilərəm ki, başdan-ayağa qədər ağıllısan. Ü.Hacıbəyov. // məc. Bir şeyi əldə etmək üçün düşünülən yol, vasitə, üsul; hiylə. Dəlini zəncirlə yox, tədbirlə tutarlar. (Ata. sözü). _Tədbir etmək – qərarlaşmaq, qərara gəlmək. [Səfər:] Divan tədbir edib sizi tutmağa; Meydanı qızdırıb at oynatmağa. H.K.Sanılı.
  2. Təhlükədən qorunmaq üçün görülən hazırlıq. Qripə qarşı mübarizə tədbirləri.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]