[go: up one dir, main page]

Məzmuna keç

siyasət

Wiktionary saytından
  • azərbaycanca: siyasət [ər.]

Mənalar :

  1. Dövlətin, partiyanın və ya hər hansı bir ictimai qrupun daxili dövlət və ya beynəlxalq münasibət məsələlərində öz sinfi mənafeyinə uyğun fəaliyyəti. Dövlətin daxili siyasəti.
  2. Canlı dildə: hiylə, fənd; biclik, hiyləbazlıq, fəndgirlik mənasında. Siyasət işlətmək.
  3. klas. Cəza, tənbeh, cəza vermə. _Siyasət eyləmək (etmək) klas. – cəzalandırmaq. Neylərsən əgər atan eşitsə; Qəhr ilə sənə siyasət etsə? Füzuli. Üzündən göz götürməm, eyləsən yüz min siyasətlər. Q.Zakir.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]