[go: up one dir, main page]

Məzmuna keç

sağlam

Wiktionary saytından
  • azərbaycanca: sağlam

Mənalar :[1]https://web.archive.org/web/20130402142503/http://azerdict.com/izahli-luget/sa%C4%9Flam

    1. Bədəninin bütün üzvləri düzgün, sağ-salamat olan, normal işləyən, bədəni hər cəhətcə saz olan (xəstə ziddi). Sağlam gənc. Sağlam qadın. Sağlam bədən. – Qırdı şahpərini, kəsdi qolunu; Sağlam bir işçinin iti yumruğu. M.Müşfiq. Sağlam bir kişi alaçığa girdi. İ.Əfəndiyev. // Sağlamlıq ifadə edən, sağlam olduğunu göstərən. Sağlam görünüş. Yanağında sağlam bir qırmızılıq görünür. // məc. Düzgün, ağıllı, qüsursuz, dürüst. Sağlam düşüncə. Sağlam tənqid. Sağlam olmayan fikir. Sağlam tərbiyə. – [Uluca:] Budur ən doğru və sağlam tədbir; Olsun üç qonşu bu gündən əlbir. A.Şaiq. Azadlığın verdiyi nemətlərdən istifadə üçün sağlam şüur və beyin lazımdır. M.İbrahimov.
    2. Orqanizm üçün faydalı, xeyirli; təmiz, saf. Sağlam iqlim. – Müsafirlərdən bir çoxu: – Bu dağılmışda heç vaxt sağlam bir hava görmədik, – deyə, Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi. Şəhər sağlam, mülayim havanı uda-uda rahatca yuxuya getmişdi. B.Bayramov. // məc. Normal, lazımi. Sağlam mühit.
    3. məc. Möhkəm, sarsılmaz, işə qabil, müqtədir. Sağlam kollektiv.
    4. məc. Sağ, zədəsiz, salamat, xarab olmamış (çürük əksi). Sağlam qoza. Sağlam şitil. Sağlam dəri.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]