[go: up one dir, main page]

Məzmuna keç

söykənmək

Wiktionary saytından
  • azərbaycanca: söykənmək
  • Heca: söy-kən-mək
  • Əski əlifba: سؤیکنمک

Mənalar :[1]https://web.archive.org/web/20140831053238/http://azerdict.com/izahli-luget/s%C3%B6yk%C9%99nm%C9%99k

    1. Arxasını və ya bədənin bir yerini bir şeyə dayayaraq dayanmaq; durmaq, istinad etmək. Bir daşa söykənib, tüfəngimi [pələngə] tərəf yönəltdim. A.Şaiq. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı. Ə.Vəliyev. Gecə keçmiş, ulduzlar ağ, göy, qara; Söykənmişəm qocaman bir çinara. R.Rza.
    2. məc. Arxalanmaq, güvənmək, etibar etmək. Atasına söykənmək. – Mollayev tək-tük nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn. // məc. Əsaslanmaq, istinad etmək. Qabaqcıl nəzəriyyəyə söykənmək. Faktlara söykənmək.
    3. Bir-birinə sıx qoyulmaq, durmaq. Çuval çuvala söykənib. – Dalda kisələr bir-birinə söykənmişdi. Ə.Əbülhəsən.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən söykənmişdim söykəndim söykənirəm söykənəcəyəm söykənərəm söykənim söykənəm söykənməliyəm söykənəsiyəm söykənsəm Adlıq söykənmək
Sən söykənmişdin söykəndin söykənirsən söykənəcəksən söykənərsən söykən söykənəsən söykənməlisən söykənəsisən söykənsən Yiyəlik söykənməyin
O söykənmişdi söykəndi söykənir söykənəcək söykənər söykənsin söykənə söykənməlidir söykənəsidir söykənsə Yönlük söykənməyə
Biz söykənmişdik söykəndik söykənirik söykənəcəyik söykənərik söykənək söykənək söykənməliyik söykənəsiyik söykənsək Təsirlik söykənməyi
Siz söykənmişdiniz söykəndiniz söykənirsiniz söykənəcəksiniz söykənərsiniz söykənəsiniz söykənəsiniz söykənməlisiniz söykənəsisiniz söykənsəniz Yerlik söykənməkdə
Onlar söykənmişdilər söykəndilər söykənirlər söykənəcəklər söykənərlər söykənsinlər söykənələr söykənməlidirlər söykənəsidirlər söykənsələr Çıxışlıq söykənməkdən


Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]