[go: up one dir, main page]

Məzmuna keç

qəbul etmək

Wiktionary saytından
  • azərbaycanca: qəbul etmək

Mənalar :

  1. Qəbul etmək – verilən, göndərilən, təslim edilən bir şeyi almaq, götürmək. Poçtdan məktubları qəbul etmək. Göndərilən şeyləri qəbul etmək; idarə etməyə başlamaq, bir işi görməyə razı olmaq, vəzifəni tutmaq. İdarəni qəbul etmək. Direktorluq vəzifəsini qəbul etmək. Yeni vəzifəni qəbul etmək. Şöbəni qəbul etmək; bir təşkilatın sıralarına, tərkibinə daxil etmək, iştiraka buraxmaq, götürmək. Həmkarlar İttifaqına qəbul etmək. İnstituta qəbul etmək. İşə qəbul etmək; söhbət etmək, danışmaq, yoxlamaq, müayinə etmək və s. üçün gələnləri yanına buraxmaq. Direktor saat 2-də qəbul edəcəkdir. Həkim bu gün səkkiz xəstə qəbul etmişdir; gələn adamı (qonağı və s.-ni) lazımi surətdə və ya hər hansı bir tərzdə qarşılamaq, münasibət göstərmək. Qonaqları təntənə ilə qəbul etdilər. – Nəsir də [Mirzə Qədiri] bir qardaş kimi xoş üzlə qarşılayıb qəbul etmişdi. S.Hüseyn; təsdiq etmək, səs verməklə öz razılığını ifadə etmək. Yığıncaq qərar qəbul etdi. Komissiya layihəni qəbul etdi; içmək, udmaq, atmaq (dərman). Həbi gündə üç dəfə qəbul etmək lazımdır; // öz üzərində hər hansı bir müalicə vasitəsi tətbiq etmək. Vanna qəbul etmək. Duş qəbul etmək. Qəbula keçmək – qəbul edilmək, məqbul hesab edilmək.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən qəbul etmişdim qəbul etdim qəbul edirəm qəbul edəcəyəm qəbul edərəm qəbul edim qəbul edəm qəbul etməliyəm qəbul edəsiyəm qəbul etsəm Adlıq qəbul etmək
Sən qəbul etmişdin qəbul etdin qəbul edirsən qəbul edəcəksən qəbul edərsən qəbul et qəbul edəsən qəbul etməlisən qəbul edəsisən qəbul etsən Yiyəlik qəbul etməyin
O qəbul etmişdi qəbul etdi qəbul edir qəbul edəcək qəbul edər qəbul etsin qəbul edə qəbul etməlidir qəbul edəsidir qəbul etsə Yönlük qəbul etməyə
Biz qəbul etmişdik qəbul etdik qəbul edirik qəbul edəcəyik qəbul edərik qəbul edək qəbul edək qəbul etməliyik qəbul edəsiyik qəbul etsək Təsirlik qəbul etməyi
Siz qəbul etmişdiniz qəbul etdiniz qəbul edirsiniz qəbul edəcəksiniz qəbul edərsiniz qəbul edəsiniz qəbul edəsiniz qəbul etməlisiniz qəbul edəsisiniz qəbul etsəniz Yerlik qəbul etməkdə
Onlar qəbul etmişdilər qəbul etdilər qəbul edirlər qəbul edəcəklər qəbul edərlər qəbul etsinlər qəbul edələr qəbul etməlidirlər qəbul edəsidirlər qəbul etsələr Çıxışlıq qəbul etməkdən


Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]