[go: up one dir, main page]

Məzmuna keç

kim

Wiktionary saytından

azərbaycanca: kim

Mənalar :

  1. Cümlədə sual mənasında işlənib, insan adlarını və insan təsəvvürü verən varlıqların adlarını əvəz edir; hansı adam. Kim gəlib? O sözü kim dedi? Bu gün kim növbə çəkəcək? – Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib hökm edəsiz bizlərə? M.Ə.Sabir.
  2. İki və daha artıq cümləni qarşılaşdırdıqda bölgü bildirmək üçün işlədilir. Kim ölə, kim qala. (Ata. sözü). [Zinyət xanım:] Nə bilmək olar kim öləcək, kim qalacaq. N.Vəzirov. Görüşən, ayrılan kim, vidalaşan kim. Mir Cəlal.
  3. İnkarlıq bildirən fellərlə işlənib, “heç kəs” sözünü əvəz edir. Kim duymamış ilıq səhərlərin dadını? R.Rza.
  4. “Hər kəs” sözünü əvəz edir. Kim baxarsa kəc bir gün belə; Şərəfsiz olacaq ömrünün sonu. M.Rahim. Xıdırlı kəndində bir qayda var. Gecə əvvəlcə kimin qapısını döysən, gərək orada gecələyəsən. S.Rəhman.
  5. “Adam”, “tanış”, “qohum”, “dost” mənalarında işlənib, inkar feli cümlələrdə təsdiq, təsdiq feli cümlələrdə inkar məzmunu yaradır. Burada sənin kimin var? Onun kimi yoxdur? – Yazıq bir qızam, kimim vardır? M.S.Ordubadi.
  6. Cümlədə müəyyən şəxslər haqqında eyham və işarə məzmunu ifadə edir (əsasən cəmdə işlədilir). [“Molla Nəsrəddin”] erməni-müsəlman qırğınının kimlər tərəfindən və nə üçün yaradıldığını ifşa etməkdə böyük rol oynamışdır. M.İbrahimov.
  7. Kimlərdənsən, kimlərdəndir və s. şəklində – “hansı nəsildənsən” (“nəsildəndir”), “qohumların (qohumları) kimdir” və s. mənalarında sual məqamında işlədilir. Ay bala, kimlərdənsən? Qız kimlərdəndir? ◊ Heç kim – heç kəs, heç kimsə. Küçələrdə heç kim gözə dəymirdi. M.Hüseyn. Hər kim – hər kəs. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilmədiyini görərdi. N.Nərimanov. Kim bilsin (bilə, bilir) – “heç kəs” mənasında ara söz kimi işlədilir. [Məmməd:] Arvad, ölüm ki var yuxu kimi bir şeydir, kim bilir, bəlkə bu gün, sabah düşüb öldüm. “Aşıq Qərib”. [Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaranalın köhnə paltarını geyinibdir. S.Qənizadə. Kim bilir, bəlkə də Mahru onu gözəl və yaraşıqlı bir gənc olduğu üçün sevirdi. M.S.Ordubadi. Kim ki – o şəxs ki, o adam ki. Kim ki insanı sevər aşiqihürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Kim ki zəhmət çəkmədən, havayı yeyib, onun-bunun əməyilə dolanır, nəinki öz xalqının, öz vətəninin qanını soran bir tüfeylidir, həm də bütün bəşəriyyətə zərər vurur. M.İbrahimov. Kim kimədir! – hərc-mərclikdir, qarışıqlıqdır, dolaşıqlıqdır, özbaşınalıqdır. [Atasının dostu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim kimədir? Qantəmir.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

türkcə: kim - azərbaycanca: kim