[go: up one dir, main page]

Məzmuna keç

hərəkət

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı hərəkət hərəkətlər
Yiyəlik halı hərəkətin hərəkətlərin
Yönlük halı hərəkətə hərəkətlərə
Təsirlik halı hərəkəti hərəkətləri
Yerlik halı hərəkətdə hərəkətlərdə
Çıxışlıq halı hərəkətdən hərəkətlərdən

azərbaycanca: hərəkət

Mənalar :

  1. Bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsi; hərəkətsizliyin, sükunətin ziddi olan vəziyyət. Ritmik hərəkət. Dairəvi hərəkət. – Cismin hərəkəti onun hissələrinin hərəkətilə təyin olunur. “Nəzəri mexanikanın əsasları”.
  2. fəls. Materiyanın varlıq forması, onun ayrılmaz xassəsi; maddi aləmin fasiləsiz dəyişmə və inkişaf prosesi. – Milyon il, milyard il bir yol, bir cığır; Nə geriyə dönür; nə sona çıxır; Hərəkət əbədi; Sürət əbədi. M.Araz.
  3. Yola düşmə, hər hansı bir istiqamətə getmə; yürüş. “Yaşasın!” bağırtısı; Qopunca hər bir yandan; Hərəkət əmri verdi; Lələkli baş komandan. Ə.Cavad. Paroxodun hərəkətinə yarım saat qalmış [Sarıköynəyi] evdən alıb iskələyə gətirdim. S.Hüseyn. _ Hərəkət etmək – yola düşmək, hərəkətə başlamaq. Qatar saat 3-də hərəkət edir. – Bağdaddan hərəkət etdiyiniz zaman Həmədana getməyin məsləhət deyil, şəhərin iki fərsəngliyində olan Köşki-baği-müəzzəmdə qalmalısan. M.S.Ordubadi; getməyə başlamaq, yerimək, yerindən tərpənmək. ..Ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb qoymur heyvan hərəkət eləsin. C.Məmmədquluzadə. İrəli hərəkət etmək mümkün deyildi. M.S.Ordubadi. // Hər hansı nəqliyyat növünün işi. Qatarların hərəkət cədvəli. // Müxtəlif istiqamətlərdə (küçələrdə, yollarda və s.-də) piyada və ya miniklə gedibgəlmə; gediş-gəliş. Küçədə hərəkət azalır. – Çoxaldı get-gedə, artdı hərəkət; Artıq keçinmişdi gecənin qəlbi. S.Vurğun. Yürüşçülərin keçəcəkləri küçələrdə hərəkət dayandırılmışdı. H.Seyidbəyli. _ Hərəkət etmək (eləmək) – getmək, gəlmək, gedibgəlmək. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. M.İbrahimov.
  4. İş, əməl, davranış. Başlı-başına hərəkət. Nalayiq hərəkət. Gözəl hərəkət. – [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, [Zeynalın] belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. Teymur Cahangirovun hərəkətlərindəki məntiqsizliyi qabarıq surətdə təhlil edib dedi. H.Seyidbəyli.
  5. hərb. Əməliyyat. Düşmənin hərəkətini dayandırmaq. Hərəkət planı. Cəbhədə hərəkət sahəsi.
  6. məc. Kəmiyyət və ya keyfiyyətcə dəyişiklik; irəliləmə, irəliləyiş, inkişaf, canlanma. İşdə irəliyə doğru böyük hərəkət var. – Min gecəni neylirəm; Mənə hərəkət dolu; Min səsli, min duyğulu; Təkcə bir gündüz verin! B.Vahabzadə.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]