[go: up one dir, main page]

Məzmuna keç

doldurmaq

Wiktionary saytından

azərbaycanca: doldurmaq

Mənalar :

  1. Boş şeyi dolu etmək, bir şeyin içinə doluncaya qədər şey qoymaq (tökmək), dolu hala gətirmək. Kisəni unla doldurmaq. Vedrəni su ilə doldurmaq. Topu hava ilə doldurmaq. Anbarı odunla doldurmaq. – Qurban .. küpəni götürüb endi həyətə, arxdan küpəni doldurub gətirdi, ləyənə su tökdü.. C.Məmmədquluzadə. ..İnəkləri sağıb üçqulplu qazanı doldurduq. A.Divanbəyoğlu. Diyar kişi çubuğuna tənbəki doldurmağa başladı. Ə.Məmmədxanlı. // Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil etmək. Məqaləsini sitatlarla doldurmuşdur. – [Şair Ərəstun:] ..Bu başlıqların altını zəngin şeir misraları ilə doldurmaq lazımdır. S.Rəhimov. // Bir şeyi bir qabın və s.-nin içinə qoymaq, tökmək. Paltarları çamadana doldur. Bu almaları yerdən yığıb tabağa doldur. // Yükləmək, qoymaq. Dolu kisələri maşına doldurdular. Vaqonları yüklə doldurmaq. – Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. // Kütlə halında bir yerə yığmaq, toplamaq, bir yerdə cəmləşdirmək, bir yerə daxil etmək, salmaq. Qarovulçular adamları kameralara doldurdular. Mir Cəlal. // məc. Yayılmaq, tutmaq, çulğalamaq, bürümək; yayılaraq bürümək. Duman dərəni doldurmuşdur. Güllərin ətri otağı doldurmuşdur. – Ağlayan arvad-uşağın səsi küçəni doldurmuşdu. M.S.Ordubadi. ..Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cür nəğmələr oxuyub meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. // Kütlə halında bir yerə daxil olmaq, doluşmaq, yerlərin hamısını tutmaq. Tamaşaçılar zalı doldurmuşdular.
  2. Tamamilə yerinə yetirmək, həyata keçirmək, ödəmək. Planı doldurmaq. – Tahir trestlərinin hamıdan qabaqda getdiyini və bir neçə gün əvvəl illik planı doldurduqlarını söylədi. M.Hüseyn.
  3. Anketin, blankın və s.-nin boş qoyulmuş yerlərinə lazım olan şeyləri yazmaq. Anket doldurmaq. Poçt blankını doldurmaq.
  4. Tüfəng, tapança və b. odlu silahlara barıt, güllə və s. qoyub atılmağa hazırlamaq. Şirəli çiynindəki tüfəngi doldurdu.. M.Hüseyn. İndi tüfəngini doldur, hazır qoy; Özün də diqqətli, ehtiyatlı ol. M.Rzaquluzadə. Həmzə ilə Qədir də .. Çayqırağı tərəfi nişan alaraq atır, biri alman topçu tüfəngini, ikincisi isə mauzerini doldurur, boşaldırdılar. Ə.Əbülhəsən.
  5. Dənizə, gölə, bataqlığa və s.-yə daş, torpaq və s. tökməklə quru hala gətirmək, qurutmaq. Bataqlıqları doldurmaq. Sahilin dayaz yerlərini doldurdular. // Çuxur bir yerə daş, torpaq və s. töküb onu düzləndirmək. Çalanı doldurmaq. Xəndəyi doldurmaq. Quyunu doldurmaq.
  6. Əskik olan şeyi tamamlamaq, bir şeyin kəsirini tamam etmək. Qızın qohum-əqrəbaları hərə bir cürə pay gətirib, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən doldurmuşdum doldurdum doldururam dolduracağam dolduraram doldurum dolduram doldurmalıyam doldurasıyam doldursam Adlıq doldurmaq
Sən doldurmuşdun doldurdun doldurursan dolduracaqsan doldurarsan doldur doldurasan doldurmalısan doldurasısan doldursan Yiyəlik doldurmağın
O doldurmuşdu doldurdu doldurur dolduracaq doldurar doldursun doldura doldurmalıdır doldurasıdır doldursa Yönlük doldurmağa
Biz doldurmuşduq doldurduq doldururuq dolduracağıq doldurarıq dolduraq dolduraq doldurmalıyıq doldurasıyıq doldursaq Təsirlik doldurmağı
Siz doldurmuşdunuz doldurdunuz doldurursunuz dolduracaqsınız doldurarsınız doldurasınız doldurasınız doldurmalısınız doldurasısınız doldursanız Yerlik doldurmaqda
Onlar doldurmuşdular doldurdular doldururlar dolduracaqlar doldurarlar doldursunlar dolduralar doldurmalıdırlar doldurasıdır doldursalar Çıxışlıq doldurmaqdan


Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]