[go: up one dir, main page]

Məzmuna keç

daxma

Wiktionary saytından

azərbaycanca: daxma

Mənalar :

  1. Daşdan, palçıqdan və s.-dən tikilən təkotaqlı, balaca, alçaq, ibtidai ev. Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa başladı. S.M.Qənizadə. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu. Bunun üçün qarşısına gələn xaraba bir daxmaya soxuldu. Çəmənzəminli.
  2. Yer altında düzəldilmiş müvəqqəti, ya daimi ibtidai mənzil; dam. Qarovulçu kvadratşəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov. _Qara daxma – pəncərəsiz, qaranlıq daxma. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik, hər yer bütün qalın qar. A.Səhhət.
  3. Ümumiyyətlə, ev, mənzil mənasında (bəzən istehza ilə, ya zarafatla deyilir). Öz daxmanda otur. Daxmamıza gedək. ◊ Daxma qaraltmaq – yaşamaq üçün eveşik düzəltmək və içində yaşayış qurmaq.
Böyüyür çox zaman böyük ürəklər
Kiçik daxmalarda, dar daxmalarda...
Balaca daxmadan bir az o yanda
Durur Xan sarayı?...
təzada bir bax.
İşıqlı saraydan zülmət axanda
Qaranlıq daxmadan nur axdı ancaq
B.Vahabzadə

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]