[go: up one dir, main page]

Məzmuna keç

tunc

Wiktionary saytından
HydrizBot (müzakirə | töhfələr) (Bot: Cleaning up old interwiki links) tərəfindən edilmiş 15:30, 25 aprel 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

azərbaycanca: tunc

Mənalar :

  1. Qalay, qurğuşun və s. metallarla qarışıq mis ərintisi. Oymaqlar əksəriyyətlə çuqundan, poladdan və tuncdan hazırlanır. _ Tunc rəngi – qızılı-qəhvəyi rəng. İkindi günəşinin altında sular tunc rənginə çalırdı. Mir Cəlal. Dağ günəşi tunc rəngə; Boyamışdı gözəli. N.Rəfibəyli. // Tuncdan qayrılmış, tuncdan tökülmüş. Tunc dəstək. – Yaşıl məhəccərli dördkünc bağçada ..Nizaminin tunc heykəli qoyulmuşdu. M.Hüseyn. 2 məc. Sarsılmaz, möhkəm, bərk, qüvvətli mənasında. Qüdrətimiz bəllidir hər yerdə, hər bucaqda; Sarsılmaz qurduğumuz dostluğun tunc qalası. S.Rüstəm. Sən yüksəldikcə bir səs deyir: – Min illər yaşa; Üfüqlərə toxunsun tunc biləkli qolların! M.Müşfiq. ◊ Tunc dövrü arxeol. – tunc (metal) işləndiyi ən qədim dövr (bu dövrdə hələ dəmir məlum deyildi və müxtəlif şeylər qayırmaq üçün əsas metal tunc idi).

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]