[go: up one dir, main page]

İsim Tək Cəm
Adlıq halı səda sədalar
Yiyəlik halı sədanın sədaların
Yönlük halı sədaya sədalara
Təsirlik halı sədanı sədaları
Yerlik halı sədada sədalarda
Çıxışlıq halı sədadan sədalardan

  azərbaycanca: səda

  Mənalar :

  1. Səs, avaz. Orkestrin sədası yayıldı. Uşaqların sədası gəlirdi. – Quşlar .. cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi.. Ə.Məmmədxanlı. _ Səda düşmək – səs düşmək, yayılmaq. Hər yana səda düşür; İgidlər gəlir məclisə. Aşıq Ələsgər. Qar əriyir, çaylar daşır; Dağa-daşa düşür səda. B.Vahabzadə. Səda etmək – səsləmək, çağırmaq. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, Xacə Mübarəki qaim sövt ilə səda etdi. M.F.Axundzadə.

Tərcümələr  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə